İdman24
Digər · APA Sport

Röyal Nəcəfov: “Ağır oyun oldu”

I Liqanın VIII turunda "Xankəndi" "Karvan-Yevlax"ı qəbul edib - 0:2.

Apasport.az xəbər verir ki, matçdan sonra meydan sahiblərinin baş məşqçisi Röyal Nəcəfovun mətbuat konfransı keçirilib.

“Oyuna yaxşı hazırlaşmışdıq. Rəqib yaxşı komandadır. Ağır oyun oldu. Yaxşı başlamışdıq. Bu gün oyun göstərirdi ki, fərdi səhv edən komanda məğlub olacaq. Təəssüf ki, biz səhv etdik. Amma uşaqları qınamıram. Yaxşı mübarizə apardılar.

Azarkeşlərlə görüşmək məşqçinin işi deyil. Komandanı çağırırlar oyundan sonra. Futbolçuları alqışlayırlar. Onlara da təşəkkürümü çatdırıram.

“Karvan-Yevlax” Premyer Liqadan düşmüş komandadır. Uzun müddətdir bir yerdədirlər. Bizdə isə komanda 60-70 dəqiqədən sonra yorulur. Yorulan oyunçunu görürük, sadəcə onu əvəzləyəcək eyni səviyyədə futbolçumuz yoxdur. Ehtiyat oyunçular skamyamız geniş deyil.

Sürətli çempionluqlar yaxşıdır. Amma bunun ziyanı da ola bilər. Bizim bu mövsüm hədəfimiz liqada qalmaqdır. Bizim bu il ilk mövsümümüzdür. Çalışırıq ki, liqada qalaq, gələn mövsüm isə hədəfimiz çempionluq olacaq.

Meydança yeni olduğundan çox böyük təsir edir. Ot hələ yatmayıb. Buna görə də oyunçuların ayaqlarında yüklənmələr olurdu.

Planımızda burda məskunlaşmaq var. Çalışırıq ki, bunu həyata keçirək. Bununla bağlı rəhbərlik işlər aparır. Ondan sonra isə daha yüksək hədəflər uğrunda mübarizə aparacağıq. Bu il hədəfimiz ilk beşliyə düşməkdir”.

Orijinal mənbə

İdman24 əsas səhifə