Rasim Kara: "Azərbaycan çempionatında yerli və gənc futbolçulara daha çox şans verilməlidir"

İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 Bakı 20° C USD - 1.700 EUR - 1.910 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Rasim Kara: "Azərbaycan çempionatında yerli və gənc futbolçulara daha çox şans verilməlidir" Futbol 07 oktyabr, 2026 15:15 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan klubları yerli və gənc futbolçulara daha çox şans verməlidir.
Bunu "Report" a açıqlamasında türkiyəli futbol mütəxəssisi Rasim Kara deyib.
"Qarabağ"ın sabiq baş məşqçisi Azərbaycan futbolundakı son vəziyyəti və Ağdam təmsilçisinin durumunu dəyərləndirib:
"Qarabağ"ın və baş məşqçi Qurban Qurbanovun uğurları ilə qürur duyuram. Onlar çox yaxşı işlər görürlər. Bu il çempion ola bilmədilər. Çox güman, UEFA Çempionlar Liqasına daha çox kökləndikləri üçün belə oldu. Halbuki yaxşı komandalar həm ölkə çempionu, həm kubokun, həm də Superkubokun qalibi adını qazanırlar. "Sabah" daha yaxşı çıxış etdi. Azərbaycan Premyer Liqasında "Sabah" və "Neftçi" kimi komandaların da mübarizəyə qoşulması, 3-4 klubun çempionluq yarışında olması sevindiricidir. Rəqabətin artması çempionatın keyfiyyətini yüksəldir və bu, bilavasitə milli komandaya da müsbət təsir göstərir. Bununla yanaşı, daxili çempionatda yerli və gənc futbolçulara daha çox şans verilməlidir. Klublarda xarici oyunçuların həddən artıq çox olması yerli futbolçuların inkişafına mane olur. Milli komandanın güclü olması məhz yerli oyunçuların klublarında müntəzəm meydana çıxmasından asılıdır".
R.Kara azərbaycanlı azarkeşlərə mesaj göndərib:
"Azərbaycanı, oradakı azarkeşləri çox sevirəm. Anam Qafqaz kökənli olduğu üçün qafqazlılara çox maraq göstərirəm. Hər birinə sevgilərimi, salamlarımı çatdırıram".
Mütəxəssis Türkiyə yığmasının UEFA Millətlər Liqasındakı nəticələrinə də toxunub:
"Vinçentso Montella ilk vaxtlar yaxşı nəticələr göstərsə də, sonradan həll olunmayan problemlər ortaya çıxdı. O, heyət seçimində yanlışlıqlara yol verdi və eyni oyunçularda israr etdi. Xüsusilə Almaniyada və digər xarici ölkələrdə çıxış edən, lakin öz klublarında ehtiyatda qalan futbolçuları daxili çempionatda müntəzəm oynayanlardan üstün tutdu. Bu da komanda daxilində baş məşqçiyə qarşı inamsızlıq yaratdı. Türkiyə seçməsi müasir futbolun tələblərindən geridə qaldı, müdafiə və sürətli hücum təşkil edə bilmədi. Komanda son oyunlarda 8 qol buraxıb, 2 qol vurdu. Artıq azarkeşlər və ictimaiyyət Montellaya inanmır. Çünki şanslar da qalmayıb. İnam itdiyi üçün onunla yolların ayrılması və yeni baş məşqçinin gətirilməsi ən düzgün qərar olar".
Qeyd edək ki, Rasim Kara 2007/2008 mövsümündə "Qarabağ"ın baş məşqçisi kimi fəaliyyət göstərib. Komanda sözgedən mövsümdə 41 xalla 5-ci pilləni tutub.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 20° C Son xəbərlər 15:38 Foto Kamran Əliyev Gəncədə vətəndaşları qəbul edib Daxili siyasət 15:37 Səfir: Hazırda Litvada 400 azərbaycanlı təhsil alır Xarici siyasət 15:37 Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib Xarici siyasət 15:35 Ermənistan parlamentində davaya görə 6 deputat köməkçisinə giriş qadağası qoyulub Region 15:31 İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib Xarici siyasət 15:30 İraq milli valyutasını ABŞ dollarına nisbətdə 13 % devalvasiya edib Digər ölkələr 15:27 Dünya çempionatı: Zelim Tçkayev finala vəsiqə qazanıb - YENİLƏNİB-3 Fərdi 15:24 Qubada iki avtomobil toqquşub, ölən var Hadisə 15:23 Sibiqa Ukraynaya göndərilən humanitar yardıma görə Azərbaycana təşəkkür edib Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.