İsak Hacardan “Red Bull”la yeni müqavilə haqda: “Bu komanda üçün yarışmaq böyük şərəfdir”

“Red Bull” pilotu İsak Hacar komandası ilə müqaviləsini uzatmasına münasibət bildirib.
Apasport.az xəbər verir ki, fransalı pilot Avstriya təmsilçisinə uyğunlaşmasından məmnun olduğunu və komandada qalacağı üçün sevindiyini deyib.
“Red Bull” Hacarla müqaviləni 2027-ci il mövsümünün sonunadək uzadıb. O, gələn mövsüm də dördqat dünya çempionu Maks Ferstappenlə komanda yoldaşı olacaq.
“Bu komandaya səkkiz ay əvvəl qoşuldum və dərhal onun miqyasını, ambisiyalarını anladım. Bazada çoxlu istedadlı insanlar çalışır. Belə böyük komandanın heyətində, Maks Ferstappen kimi dördqat dünya çempionu ilə birlikdə yarışmağın necə böyük şərəf olduğunu başa düşürəm.
“Red Bull”a keçdiyim ilk gündən bütün diqqətimi komandaya yönəltməyə çalışmışam. Loran Mekyesin və bütün kollektivin dəstəyi sayəsində mənə göstərilən etimadı doğrulda bildiyimi düşünürəm.
Ətrafımdakı insanları dinləməyə, daim öyrənməyə və hər gün özümə yeni hədəflər qoymağa çalışıram. Qarşıda bizi nələrin gözlədiyini böyük həyəcanla gözləyirəm”, – deyə Hacar bildirib.
Qeyd edək ki, İsak 2026-cı ildən “Red Bull”un pilotudur. O, biləyindən aldığı zədə səbəbindən son üç Qran-prini buraxsa da, Azərbaycan Qran-prisində yarışlara qayıdacaq.