İdman24
Futbol · Report İdman

"Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr" sənədli filminin premyerası olub

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol Bakı 19° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika "Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr" sənədli filminin premyerası olub Energetika 04 noyabr, 2026 13:10 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Nizami Kino Mərkəzində Azərbaycan Dövlət Neft Şirkəti və "AnewZ" televiziya kanalının birgə istehsalı olan "Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr" sənədli filminin premyerası keçirilib.

Bu barədə "Report" SOCAR-a istinadən xəbər verir.

Məlumata əsasən, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

"Əvvəlcə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva filmin yaradıcı heyəti ilə görüşüb və xatirə fotoları çəkdirilib. Premyerada çıxış edən "AnewZ" televiziya kanalının icraçı direktoru Rüfət Həmzəyev sənədli filmin ideyasının SOCAR-ın muzey kolleksiyasında qorunan XX əsrin əvvəllərinə aid 103 tarixi açıqcadan yarandığını deyib. İcraçı direktor filmin təxminən bir əsr öncə Bakıda yaşanan neft bumundan, həmin dövrdə şəhərin dünyanın müxtəlif ölkələrindən insanları özünə cəlb etməsindən və neft sənayesinin inkişafı nəticəsində baş verən köklü dəyişikliklərdən bəhs etdiyini bildirib", - SOCAR-dan bildirilib.

Prezident İlham Əliyev tərəfindən cari ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan olunduğunu söyləyən Rüfət Həmzəyev qeyd edib ki, ekran əsərində 103 tarixi açıqca və 9 insan hekayəsi vasitəsilə neftin Bakının memarlığına, həmçinin mədəniyyətinə təsirləri, eyni zamanda şəhərin tarixində iz qoymuş insanların taleləri barədə günümüzə qədər gəlib çatmış məlumatlar tamaşaçılara təqdim edilir.

Sonra "Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr" sənədli filmi nümayiş etdirilib.

Qeyd edək ki, bir əsr öncə sürətlə dəyişən Bakı, neft buruqları, küçələr, liman, eləcə də şəhərdə yaşayan insanların şəxsi taleləri filmin əsas dramaturji xəttini formalaşdırır. Çəkilişləri təxminən 6 ay davam edən filmdə tarixi açıqcaların canlandırılması, arxiv fotolarına hərəkət verilməsi, o dövrün vizual atmosferinin bərpası və musiqi həllərinin bir hissəsi süni intellekt vasitəsilə həyata keçirilib.

Filmdə, həmçinin Bakı memarlığının formalaşmasında mühüm rol oynamış İosif Qoslavskinin nəslinin nümayəndəsi İrina Trofimova-Xomitskaya ilə eksklüziv müsahibə də yer alıb.

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Sənan Ağamalızadə Sosial şəbəkələrdə paylaşın Kopyalandı В Баку представили документальный фильм "Нефть и чернила: Истории, написанные нефтью" --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 Bakı 19° C Son xəbərlər 13:45 Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri 2029-cu ilədək əməkdaşlıq planı imzalayacaq Xarici siyasət 13:43 Hesablama Palatası: Gələn il büdcənin 20 gəlir mənbəyindən 15-də artım olmalıdır Maliyyə 13:37 Elvin Camalov: "Büdcənin neft gəlirlərindən asılılığı tədricən azaldılmalıdır" Maliyyə 13:33 Rusiya və Qazaxıstan 2027-ci il üçün hərbi əməkdaşlıq planını imzalayıb Region 13:31 Kənan Əliyev: "Azərbaycanda sağlamlıq turizminin unikal potensialı var" Turizm 13:31 Vüqar Gülməmmədov: "Qeyri-neft-qaz gəlirlərinin hüquqi əsaslarına yenidən baxılmalıdır" Maliyyə 13:28 Toral Bayramov: "Bursaspor"da ilk vaxtlar sistemə uyğunlaşmaq bir az çətin oldu" - Müsahibə Futbol 13:23 Azərbaycanda icmal büdcənin hesablanması qaydası dəyişdiriləcək Maliyyə 13:21 Azərbaycanda ortamüddətli dövr üçün iqtisadi artım strategiyası açıqlanıb Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə