İdman24
Futbol · APA Sport

“Qarabağ” Abbas Hüseynovla yollarını ayırdı - RƏSMİ

Apasport.az xəbər verir ki, Abbas Hüseynov komandanı tərk edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, müdafiəçi ilə müqaviləyə xitam verilib.

Qeyd edək ki, Abbas Hüseynov 2017-ci ildən "Qarabağ"da çıxış edirdi. O, Ağdam təmsilçisi ilə birlikdə 7 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.

Orijinal mənbə

İdman24 əsas səhifə