İdman24
Digər · APA Sport

Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri müəyyənləşib

Sentyabrın 10-da Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, Azərbaycan millisinin üzvlərinin ilk rəqibləri müəyyənləşib.

Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycan 11 çəki dərəcəsində 16 cüdoçu ilə – 12 kişi və 4 qadın idmançı ilə təmsil olunacaq. Ümumilikdə turnirdə 67 ölkədən 504 cüdoçu (308 kişi, 196 qadın) mübarizə aparacaq.

Sentyabrın 11-13-də keçiriləcək yarışın ilk günündə təsnifat mərhələsi saat 11:00-da, final bloku isə 19:00-da başlayacaq. Görüşlər “Judo TV” və “CBC Sport” telekanalında canlı yayımlanacaq.

Azərbaycan cüdoçularının ilk rəqibləri:

-48 kq, 1/16 final: Könül Əliyeva – Mariya Sequnda (Anqola)

-52 kq, 1/16 final: Aydan Vəliyeva – Andrea Stoyadinov (Serbiya)

-70 kq, 1/16 final: Südabə Ağayeva – Tais Pina (Portuqaliya)

+78 kq, 1/16 final: Madina Kaisinova – Qabriyel Buvye (Belçika)

-60 kq, 1/32 final: Babarəhim Mirzəyev – Nuradil Aljan (Qazaxıstan)

-60 kq, 1/16 final: Murad Muradlı – Vahe Ağasyan (Ermənistan)

-66 kq, 1/16 final: Rəşad Yelkiyev – Mohammad Xoşbin (IRT) Nizami İmranov – Maykl Frayer (Böyük Britaniya) / Akjigit Nassir (Qazaxıstan) cütünün qalibi

-73 kq, 1/32 final: Kamran Süleymanov – Natan Kadinyan (Fransa) Rəşid Məmmədəliyev – Orlando Kazorla (Fransa)

-81 kq, 1/32 final: Hidayət Heydərov – Benedek Tot (Macarıstan) Vüsal Qələndərzadə – Odisseas Georqakis (Kipr)

-90 kq, 1/16 final: Vüqar Talıbov – Stevan Nikçeviç (Monteneqro) / Aleks Kret (Rumıniya) cütünün qalibi

-100 kq, 1/16 final: Əjdər Bağırov – Xuslen Munxuu (IRT) / Daniel Lyubimovski (ABŞ) cütünün qalibi

+100 kq, 1/16 final: Camal Qamzatxanov – İqor Vraçar (Serbiya) Kənan Nəsibov – Artyom Zolotuxin (Rusiya)

Orijinal mənbə

İdman24 əsas səhifə