Cüdo üzrə Bakı birinciliyinə yekun vurulub

Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyinə yekun vurulub.
Apasport.az xəbər verir ki, ikinci yarış günündə 231 cüdoçu 8 çəkidə qüvvəsini sınayıb.
Qızlar arasında -44 kq, -52 kq, -63 kq, +70 kq, oğlanların mübarizəsində isə -55 kq, -66 kq, -81 kq və +90 kq çəki dərəcələrində mükafatçılar müəyyənləşib.
Turnirdə ümumilikdə 69 klub və idman cəmiyyətindən 490 cüdoçu (406 oğlan, 84 qız) iştirak edib.
Günün medalçılarını təqdim edirik:
-44 kq 1. Zəhra Quliyeva (Bakı şəhəri 2 nömrəli RİOEUGİM) 2. Ayan Həsənli (Judo Club 2012) 3. Aysu Əliyeva (Bakı şəhəri 1 nömrəli RİOEUGİM) 3. Rəfiqə Hüseynova (RKİM)
-52 kq 1. Zəhra Seyidzadə (RKİM) 2. Səkinə Zeynalova (Bakı şəhəri 8 nömrəli İOEUGİM) 3. Samirə Əliyeva (Balaxanı İM) 3. Şövkət Kərimova (ROİL)
-63 kq 1. Zilan Hüseynli (Şağan OİK) 2. Mələk Nəcəfova (Bakı şəhəri 13 nömrəli İOEUGİM) 3. Zöhrə Ağazadə (Neftçi İK) 3. Məryəm Yusifli (Ordu İdman Klubu)
+70 kq 1. Zəhra İbadova (Neftçi İK) 2. Aysu Quliyeva (Judo Club 2012) 3. Rəhimə İsmiəliyeva (Bakı şəhəri 8 nömrəli İOEUGİM)
-55 kq 1. Anar Mirzoev (Bakı şəhəri 13 nömrəli İOEUGİM) 2. Aqil Nağıyev (Sərhədçi İM) 3. Ülvi Cəlilzadə (Neftçi İK) 3. Rza Ayvazlı (Şağan OİK)
-66 kq 1. Əli Cəfərov (Bakı şəhəri 13 nömrəli İOEUGİM) 2. Mikayıl Qocayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM) 3. Harun Sultanov (ROİL) 3. Rövşən Qurbanəliyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM)
-81 kq 1. Yusif Ağakişiyev (RKİM) 2. Məhəmmədəli Mehdi (Bakı şəhəri 2 nömrəli RİOEUGİM) 3. İslam Adıgözəlzadə (Elxan İK) 3. Oktay Bəndəliyev (Arifoğlu İK)
+90 kq 1. Baxış Əhmədov (Bakı şəhəri 13 nömrəli İOEUGİM) 2. Munir Əlizadə (Atilla İK) 3. Rəsul Ağayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM) 3. İdris Xanbalayev (Ordu İdman Klubu)