İdman24
Futbol · Report İdman

Elvin Quliyev: "Çexiya ilə oyunun ədalətli nəticəsi heç-heçə olmalı idi"

İlham Əliyev Zəfərə gedən yol Bakı 20° C USD - 1.700 EUR - 1.909 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Elvin Quliyev: "Çexiya ilə oyunun ədalətli nəticəsi heç-heçə olmalı idi" Futbol 19 oktyabr, 2026 16:31 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Futzal üzrə DÇ-2028-in əsas mərhələsində Çexiya ilə keçirilən matçda heç-heçə ədalətli nəticə olardı.

Bunu "Report" a açıqlamasında Azərbaycan millisinin baş məşqçi səlahiyyətlərini müvəqqəti yerinə yetirən Elvin Quliyev deyib.

Mütəxəssis Fridek-Mistekdəki "Hala Polarka" İdman Arenasında baş tutan qarşılaşmanı şərh edib:

"Oyunun bizim üçün təzyiqli keçəcəyini bilirdik və buna hazır idik. Təhlillər zamanı rəqibin üstün və zəif tərəflərini müzakirə etmişdik, lakin oyunun əvvəlində qol epizodlarından yararlana bilmədik. Birinci hissədə iki texniki səhvdən sonra qol buraxdıq. İkinci hissədə oyuna nəzarəti özümüzdə nisbətən saxladıq və yenə də epizodların birində fərqlənə bildik. Oyuna görə heç-heçə ədalətli nəticə olardı".

O, komandanın epizodlardan fərqlənməkdə çətinlik çəkdiyini diqqətə çatdırıb:

"Qol epizodları olmasaydı, narahat olardım. Lakin kifayət qədər qol vurmaq üçün imkanlarımız var idi. İkinci hissədə hesabı 1:2 edəndən sonra rəqib üzərimizə gəlməyə risk etmirdi və qapanmışdı. Fərqlənmək üçün imkanımız oldu. Futzal sürətli oyundur, meydanda səhvi düzəltmək üçün elə də çox zaman olmur. Hər iki qolu mərkəzdə top itkisindən sonra buraxdıq. Bunun üzərində işləyəcəyik".

E.Quliyev fiziki hazırlıq və azarkeş dəstəyi barədə də fikirlərini bölüşüb:

"Zalda futbol atmosferi var idi və komanda olaraq buna uyğunlaşmalıyıq. Bu, oyunumuza mənfi təsir etmədi, komanda qələbə üçün sona qədər çalışdı. Fiziki durum tam istədiyim kimi deyil. Oyun günləri yaxın olduğu üçün tam fiziki hazırlığa yönələ bilmirik".

Müvəqqəti baş məşqçi planlardan söz açıb:

"Hazırda komanda istirahətdədir, oktyabrın 20-dən plan üzrə məşqlərə davam edəcəyik. Çexiya - Latviya oyununa görə Çexiyadayam. Matçı izləyəcək və qeydlərimi aparacağam. Sona qədər qrupdan birbaşa və ya pley-offa çıxmaq üçün çalışacağıq".

Qeyd edək ki, Azərbaycan millisi 12-ci qrupdakı ilk matçında Çexiyaya 1:2 hesabı ilə məğlub olub. Komanda noyabrın 5-də Lənkəranda Çexiya, bundan 3 gün sonra isə Bakı İdman Sarayında Latviya ilə qarşılaşacaq.

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.909 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 20° C Son xəbərlər 18:21 Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalını 5 %-dən çox artırıb Biznes 18:21 Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib Daxili siyasət 18:15 Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib Region 18:01 Foto Leyla Əliyeva Türkmənistanda səfərdədir Xarici siyasət 17:59 Lavrov: Pezeşkianın bu ayın sonu Moskvaya səfəri gözlənilir Region 17:58 Foto Azərbaycana gətirilmiş ukraynalı uşaqlar müxtəlif ekskursiyalara cəlb edilib Xarici siyasət 17:56 Foto Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub Hərbi 17:56 Məcnun Məmmədov İmişlidə vətəndaşları qəbul edəcək ASK 17:53 ARDNF özəl səhm fondlarına investisiyaları 16 % artırıb Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə