Formula 1 · F-1.az
Argentina prezidenti FİA-nın başçısı ilə görüşüb

Argentinada milli mərhələnin Formula 1 təqviminə qaytarılması istiqamətində ciddi addımlar atılır. Bu yaxınlarda Buenos Ayresdəki trasın FIM və FIA-nın tələblərinə uyğunlaşdırıldığını yazmışdıq, indi isə daha bir addım atılıb - Argentinanın prezidenti Xavyer Miley FIA Americas 2026 Konqresi zamanı ölkəsinin avtoidmandakı ambisiyalarını FIA prezidenti Məhəmməd Ben Sulayemlə müzakirə edib.