İdman24
Futbol · Report İdman

Con Spenser: 44 günlük müharibə zamanı dezinformasiya əməliyyatları mühüm rol oynayıb

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol Bakı 20° C USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Con Spenser: 44 günlük müharibə zamanı dezinformasiya əməliyyatları mühüm rol oynayıb Qarabağ 03 noyabr, 2026 15:59 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycanın hərbi əməliyyatları 44 günlük Vətən müharibəsi zamanı təkcə pilotsuz uçuş aparatlarının tətbiqi ilə məhdudlaşmayıb, həm də mürəkkəb quru əməliyyatlarını, müxtəlif bölmələrin fəaliyyətinin əlaqələndirilməsini və düşmənin dezinformasiyaya məruz qoyulmasını əhatə edib.

"Report" xəbər verir ki, bu barədə "Qarabağ uğrunda müharibə: strategiya, texnologiyalar və qələbə" kitabının təqdimatında kitabın müəllifi, ABŞ-nin Uest-Poyntdakı Hərbi Akademiyasının Müasir Müharibə İnstitutunda şəhər döyüşləri tədqiqatları istiqamətinin rəhbəri və Şəhər Döyüşlərinin Öyrənilməsi Layihəsinin həmdirektoru Con Spenser danışıb.

Spenser müasir müharibələrin təcrübəsinin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayaraq genişmiqyaslı dezinformasiya əməliyyatlarının planlaşdırılması və həyata keçirilməsinə xüsusi diqqət yetirib.

Onun sözlərinə görə, bəzi hallarda düşmənin müdafiə xətlərini yarmaq mümkün olmadıqda Azərbaycan Ordusu alternativ planları həyata keçirməyə başlayıb.

"Bu baxımdan, məqsədi düşməni əsas hücumun başqa istiqamətdə inkişaf etdiyinə inandırmaq olan dezinformasiya əməliyyatı xüsusi maraq doğurur. Qarabağda tətbiq edilən yanaşma dezinformasiya əməliyyatlarının müasir hərb tarixində nə qədər genişmiqyaslı və çoxşaxəli ola biləcəyini nümayiş etdirir. Bu əməliyyat düşmənin diqqətini əsas istiqamətdən yayındırmağa, onun müdafiə qüvvələrinin yerləşdirilməsinə təsir göstərməyə və cəbhənin digər sahələrində hərbi əməliyyatların aparılması üçün şərait yaratmağa imkan verdi", - Spenser əlavə edib.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Nəzrin Babayeva Sosial şəbəkələrdə paylaşın Kopyalandı Джон Спенсер: Дезинформационные операции сыграли важную роль в ходе 44-дневной войны John Spencer: Disinformation operations played significant role during 44-day war --> --> --> --> --> USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 Bakı 20° C Son xəbərlər 17:11 Foto Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub Daxili siyasət 17:09 Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi 3 % artıb Biznes 17:04 İspaniyanın Mursiya bölgəsinin parlamenti Sançesi "persona non-qrata" elan edib Digər ölkələr 17:01 Martin Subimendi qışda "Arsenal"dan ayrıla bilər Futbol 17:00 Foto Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib Hadisə 16:47 Foto Daha 20 tələbəyə təqaüd veriləcək Elm və təhsil 16:42 Foto Azərbaycan İordaniya ilə viza prosedurlarının sadələşdirilməsini müzakirə edib Turizm 16:40 Dövlət satınalmalarının vahid internet portalında yeni modul yaradılıb Biznes 16:40 Foto Video "Bank of Baku"nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə