İdman24
Futbol · APA Sport

Qrinvud rəsmən "Fənərbaxça"da - İstanbul nəhəngindən böyük transfer

İngiltərəli hücumçu Meyson Qrinvud karyerasını Türkiyədə davam etdirəcək.

Apasport.az xəbər verir ki, "Fənərbaxça" futbolçunun transferini rəsmən açıqlayıb.

İstanbul təmsilçisi Qrinvudla 4 illik müqavilə imzalayıb.

"Fənərbaxça" bu keçid üçün Fransanın "Marsel" klubuna 40 milyon avro və əlavə 2 milyon avro bonus ödəyəcək.

Qeyd edək ki, 24 yaşlı hücumçu ötən mövsüm "Marsel"in heyətində bütün turnirlərdə 44 oyunda 26 qol vurub, 11 məhsuldar ötürmə verib.

O, daha əvvəl "Mançester Yunayted" və icarə əsasında "Xetafe"nin də formasını geyinib.

Orijinal mənbə

İdman24 əsas səhifə