İdman24
Futbol · Report İdman

Filippinli səyyah Qarabağda dağ-xizək turizminin inkişaf perspektivlərini qeyd edib

İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı Bakı 21° C USD - 1.700 EUR - 1.909 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Filippinli səyyah Qarabağda dağ-xizək turizminin inkişaf perspektivlərini qeyd edib Qarabağ 10 oktyabr, 2026 11:05 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Turizm infrastrukturunun inkişafı, o cümlədən dağ-xizək kurortlarının yaradılması əcnəbi səyyahlar üçün Qarabağ və Şərqi Zəngəzurun cəlbediciliyini artıra bilər.

"Report" un Qarabağa ezam olunan əməkdaşı xəbər verir ki, bunu beynəlxalq səyyahlar qrupunun tərkibində regiona səfər edən filippinli səyyah Con Vinsent Fransisko (John Vincent Francisco) bildirib.

O Azərbaycana ilk dəfədir gəlib və işğaldan azad edilmiş ərazilərin bərpa sürəti ona xüsusi təsir bağışlayıb.

"Biz bu regionun tarixi barədə bilirik, lakin məni ən çox təəccübləndirən onun bu qədər sürətlə bərpa olunmasıdır. Bu, həqiqətən də heyrətamizdir", - səyyah qeyd edib.

Fransisko bildirib ki, Qarabağa səfərindən əvvəl Şəki, Qəbələ və Xınalıqda olub, burada Azərbaycanın təbiəti və tarixi görməli yerləri ilə tanış olub.

Səyyah həmçinin turizm infrastrukturunun inkişafının nəticələrini görmək üçün bir neçə ildən sonra Azərbaycana qayıtmaq arzusunu da ifadə edib.

"Mən beş ildən sonra buraya qayıtmaq, regionun, o cümlədən gələcək dağ-xizək kurortlarının necə inkişaf edəcəyini və buraya nə qədər turistin gələcəyini görmək istərdim", - o əlavə edib.

Qeyd edək ki, bu gün "Most Traveled People" (MTP) klubunun təsisçisi Çarlz Vilinin rəhbərliyi ilə beynəlxalq səyyahlar qrupunun Qarabağ və Şərqi Zəngəzura səfərinin üçüncü günüdür.

Nümayəndə heyətinin tərkibində ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə, Böyük Britaniya və digər dövlətlər də daxil olmaqla 13 ölkədən 40-a yaxın şəxs var.

Bu, 2021-ci ildən bəri aparıcı beynəlxalq səyyah klublarının Qarabağ və Şərqi Zəngəzura artıq 17-ci qrup səfəridir.

Bu cür səfərlər əcnəbi səyyahlara Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı tikinti və bərpa işləri ilə bilavasitə tanış olmağa imkan verir.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Kamil Mahmudov Sosial şəbəkələrdə paylaşın Скопировано Путешественник из Филиппин отметил перспективы развития горнолыжного туризма в Карабахе Filipino traveler highlights ski tourism prospects in Karabakh --> --> --> --> --> USD - 1.700 EUR - 1.909 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 12:36 İsmayıllıda ev və köməkçi tikili yanıb Hadisə 12:23 Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb Fərdi 12:08 Foto İvan Bednarik: "Çexiya Azərbaycanla vahid tariflər və multimodal daşımaları müzakirə etməyə hazırdır" - MÜSAHİBƏ İnfrastruktur 12:06 Video Azərbaycan irsinin erməniləşdirilməsi siyasətinin qurbanlarından biri – Xancığaz kəndi Daxili siyasət 11:58 ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb Digər ölkələr 11:49 Şərqi Zəngəzurda sənaye istehsalının dəyəri son 3 ildə 12 dəfə artıb Sənaye 11:47 Azərbaycan cüdoçusu Camal Qamzatxanov dünya çempionatına qələbə ilə start verib Fərdi 11:36 Foto İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Laçında olublar Xarici siyasət 11:35 Foto Bakıda Azərbaycan Pencak Silat İcmasının açılışı olub Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə