Ağdam Şəhəri Günü münasibətilə Qarabağ atlarının yürüşü keçirilib

İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri Ağdam Şəhəri Günü 2027-ci ilin dövlət büdcəsi Bakı 15° C USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri Ağdam Şəhəri Günü 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Ağdam Şəhəri Günü münasibətilə Qarabağ atlarının şousu keçirilib - Yenilənib Qarabağ 20 noyabr, 2026 12:40 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Ağdamda Şəhər Günü münasibətilə Qarabağ atlarının şousu keçirilib.
"Report" un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, 20 noyabr - Ağdam Şəhəri Günü münasibətilə Ağdamda təşkil olunan silsiıə tədbirlər davam etdirilir.
Tədbirin davamı olaraq "İmarət Tarix Memarlıq muzey kompleksi"ndə Qarabağ atlarının şousu keçirilib. Muzeyin həyətində atlar üçün nəzərdə tutulan meydanda orkestrin müşayiətilə rəqs nömrələri nümayiş olunub. Atların iştirakı ilə müxtəlif nömrələr göstərilib. Daha sonra "Çövkan" oyunu keçirilib.
Tədbirdə Qarabağ mətbəxinin ləziz təamları şounu izləyən qonaqlara təqdim edilib.
Ağdamda Şəhər Günü münasibətilə silsilə ictimai-mədəni tədbirlər təşkil olunub.
"Report" un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, rayon sakinləri, qonaqlar, eləcə də aidiyyəti qurumların əməkdaşlarının qatıldığı silsilə tədbirlər Qarabağ atlarının şəhər küçələrindən İmarət Kompleksinə doğru yürüşü ilə başlayıb.
Gün ərzində İmarət Kompleksində təşkil olunacaq yarmarkada yerli istehsalçılar və sahibkarlar tərəfindən müxtəlif məhsullar təqdim ediləcək. Tədbirin əsas məqsədi Ağdamın işğaldan azad olunmasını ehtiva edən Zəfər tarixinin yaşadılması, milli-mənəvi dəyərlərin təbliğidir.
Qeyd edək ki, 20 noyabr – Ağdam Şəhəri Gününə həsr olunan tədbirlər Ağdam şəhərində Prezidentin xüsusi nümayəndəliyinin, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Qarabağ Dirçəliş Fondu, Atçılıq Federasiyası və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Bölgə xəbərləri Sosial şəbəkələrdə paylaşın Kopyalandı Foto Video В Агдаме состоялось шоу карабахских лошадей по случаю Дня города - Обновлено Foto Video Show featuring Garabagh horses held in Azerbaijan's Aghdam to mark City Day - Update --> --> --> --> --> USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 15° C Son xəbərlər 19:13 Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb Hadisə 19:09 Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair Ağstafada təlim keçirilib Din 19:07 Ekspert: "Onlayn dövlət xidmətləri üzrə 11-ci yerə yüksəlməyimiz xüsusilə önəmlidir" İKT 18:59 Foto "Eternity-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib Hərbi 18:49 Foto Azərbaycanın hüdudlarından kənarda terror təşkilatının fəaliyyətində iştirak edən şəxslər həbs edilib Hadisə 18:46 Ermənistanda 15 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib Region 18:36 Börnhem: Aİ ilə yeni saziş Britaniya iqtisadiyyatına 17 milyard funt sterlinq gəlir gətirəcək Digər ölkələr 18:21 Foto Şahin Əliyev: "Rəqəmsal hökumət sahəsində beynəlxalq mövqeyimiz güclənir" İKT 18:09 UKMTO: Yəmən yaxınlığında quru yük gəmisi hücuma məruz qalıb Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.