Digər · APA Sport
İspaniya üçün Avstriya sınağı - Son pley-off cütü rəsmiləşdi

DÇ-2026-da 1/16 final mərhələsinin növbəti cütü müəyyənləşib.
Apasport.az xəbər verir ki, pley-offun ilk raundunda İspaniya və Avstriya milliləri üz-üzə gələcək.
İspaniya H qrupunu lider kimi başa vurub. Avstriya isə J qrupunu 2-ci pillədə tamamlayaraq 1/16 finala yüksəlib.
Qeyd edək ki, İspaniya - Avstriya qarşılaşması iyulun 2-də keçiriləcək.