İdman24
Futbol · Report İdman

"Sumqayıt" rəsmisi: "Mehdi Hüseynzadə adına stadionun qazonunun inkişafı gözlədiyimiz kimi olmadı"

İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 Bakı 17° C USD - 1.700 EUR - 1.907 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı 2026 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia "Sumqayıt" rəsmisi: "Mehdi Hüseynzadə adına stadionun qazonunun inkişafı gözlədiyimiz kimi olmadı" Futbol 06 oktyabr, 2026 11:50 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyünün inkişafı nəzərdə tutulan tempdə getməyib.

Bu barədə "Report" a "Sumqayıt" klubunun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev açıqlama verib.

O, növbəti iki ev oyununun "SOCAR Polymer Arena"da keçiriləcəyini xatırladıb:

"Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun qazon örtüyünün yenilənməsi istiqamətində işlər həyata keçirirdik. Başlanğıcda hər şey qənaətbəxş gedirdi, gözlədiyimiz inkişaf müşahidə olunurdu. Lakin təəssüf ki, sonrakı mərhələdə otun inkişafı proqnozlaşdırdığımız sürətlə davam etmədi. Dünən yoxlama aparıldı, mütəxəssislər meydanı nəzərdən keçirdilər. Nəticədə qərara gəlindi ki, növbəti iki ev matçı həmin stadionda keçirilməsin".

Z.Xudiyev problemin həll ediləcəyini diqqətə çatdırıb:

"Problemin dəqiq nədən qaynaqlandığını bilmirəm. Hələlik bunun iqlim şəraiti, yoxsa başqa amillər ilə əlaqəli olduğu aydın deyil. Mütəxəssislər bu məsələni daha yaxşı qiymətləndirə bilərlər. Ancaq hər halda aradan qaldırıla bilən problemdir və müəyyən müddət tələb olunur. Azarkeşlərimizdən bir qədər səbirli olmalarını xahiş edirəm. Ümidvarıq ki, növbəti fasilədən sonra, ehtimal ki, noyabrda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna dönəcəyik".

Xatırladaq ki, "Sumqayıt" komandası Misli Premyer Liqasında növbəti iki ev matçını "SOCAR Polymer Arena"da keçirəcək. Çempionatın X turunun "Sumqayıt" - "Şəfa" görüşündən əvvəl Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna baxış keçiriləcək və arenanın statusu ilə bağlı növbəti qərar veriləcək.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.907 TRY - 0.035 GEL - 0.654 RUB - 0.020 UAH - 0.038 Bakı 17° C Son xəbərlər 12:41 Paşinyan: TRIPP Cənubi Qafqazın iqtisadi transformasiyasının təməl daşı olacaq Region 12:39 "Bakı Fond Birjası"nın dövriyyəsi 34 %-dən çox azalıb Maliyyə 12:38 Maykl Olise millidə 1958-ci ildən bəri ən yaxşı göstəriciyə imza atıb Futbol 12:36 Foto Azərbaycan və Türkiyə standartlaşdırma üzrə birgə Fəaliyyət Planı imzalayıb Biznes 12:35 Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb Xarici siyasət 12:34 EBRD: "Özəl investisiyaları cəlb etmək üçün institusional çərçivə gücləndirilməlidir" İnfrastruktur 12:33 Foto Xarici jurnalistlər Astanada Daimi İmdad Məryəm Ana Kafedralını ziyarət ediblər Media 12:32 Dünya Bankı: Azərbaycan dayanıqlı iqtisadi artım üçün xidmət ixracına üstünlük verməlidir Biznes 12:31 Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb Fərdi Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə