İdman24
Digər · APA Sport

Emreli fərqləndi, komandası KL-də qələbə qazandı - VİDEO

Azərbaycan millisinin hücumçusu Mahir Emreli UEFA Konfrans Liqasının seçmə mərhələsində fərqlənib.

Apasport.az xəbər verir ki, 29 yaşlı futbolçu Polşanın “Rakov” klubunun heyətində Maltanın “Valletta” komandası ilə keçirilən görüşdə qol vurub.

Emreli 53-cü dəqiqədə hesabı bərabərləşdirən topun müəllifi olub. Azərbaycanlı hücumçu qarşılaşmaya start heyətində başlayıb və komandasının 2:1 hesabı ilə önə keçdiyi vaxt – 82-ci dəqiqədə əvəzlənib.

Matç “Rakov”un 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Orijinal mənbə

İdman24 əsas səhifə