Tərlan Əhmədov: "U-15 dünya çempionatı futbolumuzun inkişafı üçün böyük təcrübə oldu"

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri FIFA U-15 Dünya Çempionatı və Festivalı Zəfərə gedən yol Bakı 19° C USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri FIFA U-15 Dünya Çempionatı və Festivalı Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Tərlan Əhmədov: "U-15 dünya çempionatı futbolumuzun inkişafı üçün böyük təcrübə oldu" Futbol 31 oktyabr, 2026 15:56 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı Azərbaycan futbolunun inkişafına və gənc oyunçuların təcrübə qazanmasına böyük təkan olub.
Bunu "Report" a açıqlamasında futbol mütəxəssisi Tərlan Əhmədov deyib.
O, turnirin yüksək səviyyədə keçirildiyini bildirib:
"Dünyanın 189 ölkəsindən komandaların qatıldığı bu yarış dövlətimizin idmana göstərdiyi qayğının və beynəlxalq aləmdəki nüfuzunun bariz nümunəsidir. AFFA tərəfindən yaradılan infrastruktur, stadionlar və qonaqlar üçün təşkil olunan şərait yüksək səviyyədə idi. FIFA prezidenti Canni İnfantino, Arsen Venger, Xristo Stoiçkov və Pyerluici Kollina kimi dünya futbolunun tanınmış simalarının Bakıya gəlməsi yarışa olan böyük marağın göstəricisidir".
T.Əhmədov Azərbaycan millisinin çıxışını və gələcək perspektivini qiymətləndirib:
"Millimiz yüksək nəticə göstərməsə də, uşaqların ilk dəfə belə beynəlxalq turnirdə mübarizə aparması böyük təcrübədir. Heyətdə gələcəkdə yüksək səviyyəli futbolçu kimi yetişmək potensialı olan bir neçə seçilən uşaq var. 15 yaş keçid dövrü sayılır və bu yaş qrupundakı idmançıların üzərində düzgün iş aparılarsa, gələcəkdə keyfiyyətli kadrlar qazanacağıq. Gələn il ölkəmizdə keçiriləcək 20 yaşadək futbolçular arasında dünya çempionatı ərəfəsində bu turnir həm AFFA, həm də komandalarımız üçün faydalı sınaq oldu".
Qeyd edək ki, Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalını 84-cü pillədə başa vurub.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı Тарлан Ахмедов: ЧМ U-15 в Баку стал стимулом для развития азербайджанского футбола --> --> --> --> --> USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 19° C Son xəbərlər 18:34 İraqda təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edilib Digər ölkələr 18:18 İran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir Region 17:59 Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır Digər ölkələr 17:52 Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili bürünc medal qazanıb - Yenilənib-2 Fərdi 17:50 Ötən gün itkin düşən 10 nəfər tapılıb Hadisə 17:43 Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə Daxili siyasət 17:22 Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb Sənaye 17:13 İrlandiyada miqrantların qaldığı mərkəzə hücum edilib, ölən və yaralanan var Digər ölkələr 17:10 Sabir Allahquliyev: "Legionersiz oynamağımız nəticəyə təsir etdi" Futbol Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.