İdman24
Digər · APA Sport

Filipo Kandido: “Bununla barışmalıyıq”

Misli Premyer Liqasının X turunda "Sumqayıt" "Şəfa"nı qəbul edib - 1:1.

Apasport.az xəbər verir ki, matçdan sonra meydan sahiblərinin baş məşqçisi Filipo Kandidonun mətbuat konfransı keçirilib.

"Nəticə ilə barışmalıyıq. Bilirdik ki, çətin oyun olacaq. Bu gün yaxşı oynamadıq. İlk 10-15 dəqiqədə yaxşı idik. Lakin bundan sonra çoxlu top itkilərinə yol verdik. Bu isə rəqib üçün üstünlük oldu. Onlar ilk yarını öndə bitirməyə layiq idilər. İkinci hissədə bəzi şeyləri dəyişməyə çalışdıq. Düşünürəm ki, bunu bacardıq. Bərabərlik qolunu da vurduq. Bir neçə qol epizodumuz var idi. Bəzi məqamlarda bəxt yanımızda olmadı. Təbii ki, heç-heçə istədiyimiz nəticə deyildi. Amma bununla barışmalıyıq".

Orijinal mənbə

İdman24 əsas səhifə