"Xilasedici"nin kapitanı Vüqar Bayramov: "Çətin mübarizəyə baxmayaraq məqsədimizə çatdıq"

İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 Bakı 14° C USD - 1.700 EUR - 1.881 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika "Xilasedici"nin kapitanı Vüqar Bayramov: "Çətin mübarizəyə baxmayaraq məqsədimizə çatdıq" Komanda 13 noyabr, 2026 10:43 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Kişilərdən ibarət "Xilasedici" voleybol komandası CEV Çempionlar Liqasının II təsnifat mərhələsinin "Sportinq"lə (Portuqaliya) cavab oyununda çətin mübarizəyə baxmayaraq məqsədinə çatıb.
Azərbaycan təmsilçisinin kapitanı Vüqar Bayramov bu barədə "Report" a açıqlamasında deyib.
O, gərgin keçən görüşdə yüksək əhval-ruhiyyə və əzmkarlıq sayəsində qalib gəldiklərini vurğulayıb:
"Bakıda keçirilən ilk oyunda 2:3 hesabı ilə məğlub olmuşduq. Cavab qarşılaşmasında əsas hədəfimiz yaxşı çıxış etmək və qələbə qazanmaq idi. Çətin mübarizəyə baxmayaraq, məqsədimizə çatdıq. Kollektivdə yüksək əhval-ruhiyyə və qələbə əzmi var idi. Gərgin şəraitdə keçən qarşılaşmada sonadək mübarizə apararaq qalib gəldik. Beş set və qızıl setdən sonra yorğunluq hiss olunur. Ancaq artıq diqqətimizi qarşıdakı matçlara yönəltməliyik".
V.Bayramov növbəti raundda da uğur qazanmağa çalışacaqlarını bildirib:
"Növbəti rəqibimizin də güclü olduğunu bilirik. Əsas məqsədimiz hər mərhələdə uğurla çıxış etmək, onları məğlub edərək mübarizəni davam etdirməkdir. Komandamı bu qələbə münasibətilə bir daha təbrik edir, bizi dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm".
Qeyd edək ki, kişi voleybolçulardan ibarət "Xilasedici" CEV Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda Portuqaliyada yerli "Sportinq" klubuna 3:2 hesabı ilə qalib gəlib. Bakıda keçirilmiş ilk matçda rəqib eyni nəticə ilə üstün olduğundan qarşılaşmanın taleyi qızıl setdə (15:13) həll olunub.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.881 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.037 Bakı 14° C Son xəbərlər 11:41 Rauf Cabbarov: "Azərbaycanda şirkətlərdə süni intellektin idarəetmə mexanizmi qurulmalıdır" İKT 11:37 Pakistanda 43 yaraqlı məhv edilib Digər ölkələr 11:36 Foto Azərbaycan və Dünya Bankı dayanıqlı maliyyənin təşviqini müzakirə edib Maliyyə 11:33 AzAK qüvvədə olan attestatların sayını açıqlayıb Biznes 11:22 ABŞ Livan və İsrail arasında monitorinq üçün beynəlxalq mexanizm yaradılmasını nəzərdən keçirir Digər ölkələr 11:21 Şimali Makedoniyada iki qızıl medal qazanan Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub Fərdi 11:19 KTN pambıq istehsalçılarına ödənişlərin gecikdirilməsinə münasibət bildirib ASK 11:15 Hörmüzdə mayeləşdirilmiş neft qazı daşıyan tanker minaya düşərək partlayıb Digər ölkələr 11:12 Azərbaycanda qüvvədə olan akkreditasiya attestatlarının sayı açıqlanıb İnfrastruktur Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.