İdman24
Digər · Report İdman

Ahmet Temurci: "Azərbaycanda çox ciddi idman mədəniyyətinin formalaşdığını görürük"

İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi Bakı 12° C USD - 1.700 EUR - 1.865 TRY - 0.034 GEL - 0.658 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Digər Mədəniyyət Dünya Analitika Multimedia LongRead Ahmet Temurci: "Azərbaycanda çox ciddi idman mədəniyyətinin formalaşdığını görürük" İdman 27 noyabr, 2026 17:17 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycanda çox ciddi idman mədəniyyəti formalaşır.

Bunu "Report" a açıqlamasında Türkiyə Gənclər və İdman Nazirliyinin Beynəlxalq Təşkilatlar və Xarici Əlaqələr Baş İdarəsinin rəisi Ahmet Temurci deyib.

O, Bakıda keçirilən "ExpoSport Azerbaijan 2026" sərgisindən məmnun qaldığını bildirib:

"Burada çox gözəl mühit var. Azərbaycandakı bütün idman ictimaiyyəti, bir çox federasiya buradadır. Yerli qurumlardakı dostlarımızla görüşmək imkanı tapdıq və onları Türkiyəyə dəvət etdik. Hazırda bu, B2C formatlı sərgidir, amma gələn il daha beynəlxalq miqyas alacaq. Məni ən çox təsirləndirən amil xüsusilə gənclərin, məktəblilərin və tələbələrin buraya böyük maraq göstərməsi oldu. Azərbaycanda çox ciddi idman mədəniyyətinin formalaşdığını görürük. Vətəndaşların bu sərgiyə sahib çıxması, müxtəlif idman növləri barədə məlumat alması çox gözəldir".

Türkiyə rəsmisi iki ölkənin idman qurumları arasında sıx əməkdaşlıq mövcud olduğunu vurğulayıb:

"Buradakı bir çox federasiya Türkiyədəki həmkarları ilə müştərək işlər görür, hər iki ölkədə birgə təlim-məşq toplanışları keçirilir. Sualtı idmandan taekvondoya, cüdodan velosiped idmanına qədər müxtəlif sahələrdə birgə layihələr hazırlanır. Hazırda sərgidə Türkiyədən yalnız "Göztəpə" futbol klubu təmsil olunur, onlar da voleybol kursları açırlar. Azərbaycan və Türkiyə dost, qardaş ölkələrdir. Hər sahədəki əlaqələrimizi idmanla da daha yüksək səviyyəyə çıxaracağıq. Beynəlxalq arenada daim bir yerdəyik, bir-birimizi dəstəkləyirik. İdman sahəsində çox gözəl inteqrasiya var".

A.Temurci 2027-ci ildə İstanbulda təşkil olunacaq Avropa Oyunlarına və idman turizminə də toxunub:

"Gələn il İstanbulda Avropa Oyunları keçiriləcək. Bildiyiniz kimi, bu yarışın ilki Bakıda baş tutmuşdu. Oraya azərbaycanlı qardaşlarımızı, idmançılarımızı da gözləyirik. Bundan əlavə, Azərbaycanla idman turizmi sahəsində gördüyümüz işlər var. Bu istiqamət son dövrlərin yüksələn trendidir. Hər iki ölkənin təcrübələrindən istifadə edərək idman turizmini daha da böyütməyə çalışırıq".

Qeyd edək ki, noyabrın 28-nə qədər davam edəcək sərgidə ziyarətçilər müxtəlif idman növləri, müasir idman texnologiyaları və avadanlıqları ilə tanış olmaq, ustad dərslərində, interaktiv oyunlarda, idman nümayişlərində, hədiyyəli viktorinalarda və avtoqraf sessiyalarında iştirak etmək imkanı qazanacaqlar.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı Представителя Минспорта Турции впечатлил интерес школьников и студентов к ExpoSport в Баку --> --> --> --> --> USD - 1.700 EUR - 1.865 TRY - 0.034 GEL - 0.658 RUB - 0.021 UAH - 0.038 Bakı 12° C Son xəbərlər 17:40 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Hadisə 17:36 UEFA "Beşiktaş" – "Hapoel" matçındakı hadisələrlə bağlı müfəttişlər təyin edib Futbol 17:36 İspaniya sahillərində qayıqda 10 miqrantın meyiti aşkarlanıb Digər ölkələr 17:18 Qoşqar Təhməzli Ağdamda vətəndaşları qəbul edəcək Daxili siyasət 17:17 Ahmet Temurci: "Azərbaycanda çox ciddi idman mədəniyyətinin formalaşdığını görürük" İdman 17:13 Kostanyan: Azərbaycan və Ermənistan cəmiyyətləri arasındakı təmaslar sülh üçün vacibdir Region 17:06 Kristersson: Beş ölkə döyüş maşınlarının alınması üçün 5,8 milyard dollarlıq müqavilələr imzalayıb Digər ölkələr 17:04 Foto Azərbaycan və EPPEI əməkdaşlığın genişləndirilməsini müzakirə edib Energetika 17:01 Foto Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə