İdman24
Futbol · APA Sport

"Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq

"Qalatasaray" "Mançester Siti"nin yarımmüdafiəçisi Ticani Reyndersin transferi ilə maraqlanır.

Apasport.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, İstanbul təmsilçisi niderlandlı futbolçunun vəziyyətini yaxından izləyir. Bildirilir ki, "Mançester Siti" "Lill"in gənc yarımmüdafiəçisi Ayyub Buaddinin transferini reallaşdıra bilsə, Reyndersin komandadan ayrılmasına icazə verəcək.

Ticani Reynders keçən yay "Milan"dan "Mançester Siti"yə transfer olunub. Qeyd edək ki, Reynders bu mövsüm "Mançester Siti"nin heyətində bütün turnirlərdə 48 oyuna çıxıb, 7 qol vurub və 7 məhsuldar ötürmə verib.

Orijinal mənbə

İdman24 əsas səhifə