İdman24
Futbol · APA Sport

İspaniya seriyasını 35 oyuna çatdırdı - DÇ-da yenə "quru oyun"

İspaniya millisinin məğlubiyyətsizlik seriyası davam edir.

Apasport.az xəbər verir ki, DÇ-2026-nın 1/8 finalında Portuqaliyaya 1:0 hesabı ilə qalib gələn komanda normal vaxtda məğlubiyyətsizlik seriyasını 35 oyuna çatdırıb.

Luis de la Fuente rəhbərliyindəki kollektiv bu dünya çempionatında müdafiədə də diqqət çəkir. İspaniya turnirdə keçirdiyi 5 oyunun heç birində qapısında qol görməyib.

Qeyd edək ki, İspaniya 1/4 finalda ABŞ - Belçika cütünün qalibi ilə qarşılaşacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə