İdman24
Basketbol · APA Sport

Millimiz tarix yazdı

Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisi tarixində ilk dəfə Avropa çempionatının B divizionunda qrup mərhələsində qələbə qazanıb.

Apasport.az xəbər verir ki, Xorvatiyanın Riyeka və Opatiya şəhərlərində keçirilən yarışın ikinci turunda yığmamız Ukrayna seçməsi ilə üz-üzə gəlib.

İlk hissəni geridə başa vuran millimiz fasilədən sonra əla dönüş edərək 77:68 hesablı qələbə qazanıb.

Qarşılaşmanın ən dəyərli oyunçusu (MVP) Azərbaycan millisinin üzvü Emanuel Aqbason olub. O, 20 xal və 17 ribaundla komandasının qələbəsində həlledici rol oynayıb.

Bu nəticə Azərbaycanın U-18 millisinin Avropa çempionatının B divizionunda qrup mərhələsində qazandığı ilk qələbə kimi tarixə düşüb.

Qeyd edək ki, yığmamız növbəti oyununu iyulun 26-da Bakı vaxtı ilə saat 12:30-da İslandiya millisinə qarşı keçirəcək.

Orijinal mənbə

İdman24 əsas səhifə