Azərbaycan millisi FIFA U-15 dünya çempionatında sonuncu matçını keçirib

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri FIFA U-15 Dünya Çempionatı və Festivalı Zəfərə gedən yol Bakı 17° C USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri FIFA U-15 Dünya Çempionatı və Festivalı Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Azərbaycan millisi FIFA U-15 dünya çempionatında sonuncu matçını keçirib Futbol 30 oktyabr, 2026 12:32 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan millisi FIFA U-15 dünya çempionatı və festivalında bu gün sonuncu matçına çıxıb.
"Report" un məlumatına görə, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv 83-cü yer uğrunda Əfqanıstan millisi ilə qarşılaşıb.
Hövsan Yarış Kompleksində keçirilən görüşün əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə Əfqanıstan komandası daha dəqiq olub - 3:2.
Beləliklə, Azərbaycan millisi mundialı 84-cü pillədə başa vurub.
Xatırladaq ki, Azərbaycan komandası AF qrupunun üçüncüsü kimi C Divizionuna vəsiqə qazanıb. Yığma Timor-Leste seçməsinə 6:0, Andorraya 1:0, İsrailə 3:1, hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.
Kollektiv C Divizionunda (81-96-cı yerlər uğrunda) daha əvvəl keçirdiyi görüşlərdə Çili (1:3), Vyetnam (2:4) yığmalarına uduzub, Cəbəllütariq (5:1) və Mozambik (4:1) millilərinə isə qalib gəlib.
Mundialda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.
Bu gün başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşləri və bağlanış mərasimi Bakı Kristal Zalında gerçəkləşəcək.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Foto Vüqar Xanlarov Sosial şəbəkələrdə paylaşın Kopyalandı Foto Azerbaijan national team plays its latest match at FIFA U-15 World Cup --> --> --> --> --> USD - 1.700 EUR - 1.902 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 17° C Son xəbərlər 14:40 Foto Azərbaycan ilə Liberiya arasında media və kommunikasiya sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub Daxili siyasət 14:37 Florian Zenqstşmid: "Qarabağ ölkənin turizm məhsullarına əlavə dəyər qatır" Turizm 14:30 İrlandiya Şimali İrlandiya ilə mümkün birləşməyə hazırlıq üçün dövlət orqanı yaradacaq Digər ölkələr 14:18 Azərbaycan Özbəkistanla maliyyə risklərinin idarə edilməsini müzakirə edib Maliyyə 14:18 Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb Hadisə 14:16 Polşada casusluqda şübhəli bilinən Rusiya vətəndaşı saxlanılıb Digər ölkələr 14:15 Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb Fərdi 14:07 Foto Ağdamda Ekoloji məsələlər üzrə İşçi qrupun iclası keçirilib - Yenilənib Qarabağ 14:00 İspaniyada barıt zavodunda partlayış olub, xəsarət alanlar var Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.