İdman24
Formula 1 · Report İdman

T-VINE: Bakı "Formula 1"in ən tanınmış məkanlarından birinə çevrilib

İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri Bakı 25° C USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia T-VINE: Bakı "Formula 1"in ən tanınmış məkanlarından birinə çevrilib Formula 1 19 sentyabr, 2026 16:59 Bakı şəhər həlqəsi 10 il ərzində "Formula 1"in ən parlaq, tanınan və gözlənilməz traslarından birinə çevrilib. Burada yüksək sürətlə keçilən yerlər orta əsr qala divarlarının yanındakı dar döngələrlə bir arada yerləşir.

"Report" xəbər verir ki, bu barədə Britaniyanın T-VINE nəşrinin Azərbaycan paytaxtında keçirilən "Formula 1" yarışlarının onilliyinə həsr olunmuş məqaləsində qeyd olunub.

Nəşrdə bildirilib ki, sentyabrın sonunda dünyanın ən sürətli pilotları Azərbaycan Qran-prisi çərçivəsində yenidən Bakının heyranedici küçələrinə çıxacaqlar.

Əsas yarış sentyabrın 26-sı, şənbə günü - ənənəvi bazar günü vaxtından bir gün əvvəl baş tutacaq. Azərbaycanda sentyabrın 27-də qeyd olunan Anım Günü ilə əlaqədar yarış həftəsonunun cədvəli başqa vaxta keçirilib.

2026-cı ildə "Formula 1"in Bakıda keçirilməsindən 10 il ötür. 2016-cı ildə şəhər Avropa Qran-prisini qəbul edib, artıq növbəti mövsümdən isə mərhələ Azərbaycan Qran-prisi adı altında keçirilməyə başlanıb.

"6 km uzunluğuna malik Bakı şəhər trası "Formula 1"in ən bənzərsiz məkanlarından birinə çevrilib", - məqalədə vurğulanıb.

Marşrut Azərbaycan paytaxtının mərkəzindən - tarixi İçərişəhərin yanından və Xəzər dənizi sahili boyu keçir. Pilotlar Bakının orta əsr qala divarları yaxınlığındakı son dərəcə dar yerləri dəf edir, bundan sonra "Formula 1"-də qaz pedalı tam basılmış vəziyyətdə keçilən ən uzun hissələrdən biri olan 2,2 kilometrlik yolda sürətlənirlər.

T-VINE qeyd edib ki, dar döngələrin, yüksək sürətin və trasa çox yaxın yerləşən qoruyucu baryerlərin bir araya gəlməsi Bakının dramatik və gözlənilməz yarışların keçirildiyi məkan kimi tanınmasına səbəb olub. Azərbaycan mərhələsi nisbətən qısa tarixində maraqlı və gözlənilməz nəticələrlə yadda qalıb.

Qarşıdan gələn Azərbaycan Qran-prisinə "Mercedes" pilotu Kimi Antonelli fərdi hesabın lideri kimi gələcək. Cari mövsümdə 20 yaşlı yarışçı 8 qələbə qazanıb və 292 xal toplayıb.

Madriddə İspaniya Qran-prisindəki qələbəsindən sonra Antonelli komanda yoldaşı Corc Rasselli 81 xal qabaqlayır.

Azərbaycan mərhələsinin hazırkı qalibi Maks Ferstappen də Bakıya qayıdacaq. 2025-ci ildə o, yarışa ilk sıradan başlayıb və bütün yarış boyu liderliyini qoruyub.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Aynur Əsgərli Sosial şəbəkələrdə paylaşın Скопировано T-VINE: Баку стал одной из самых узнаваемых площадок "Формулы 1" T-VINE: Baku became one of most recognizable Formula 1 venues USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 25° C Son xəbərlər 18:02 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib Daxili siyasət 17:59 "Sülh göyərçini" və ya Paşinyansayağı imitasiya - ŞƏRH Analitika 17:51 Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - YENİLƏNİB Hadisə 17:51 Foto Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarışları keçirilib Fərdi 17:39 Avstraliyada üzgüçüyə hücum edən köpəkbalığının öldürülməsi barədə qərar verilib Digər ölkələr 17:39 Bilgəhdə 2 nəfər dənizdə batıb Hadisə 17:29 Ötən gün 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb Hadisə 17:12 Foto Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək İnfrastruktur 17:01 Foto Azərbaycan və Almaniya iqlim sahəsində əməkdaşlığı müzakirə ediblər Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə