Formula 1 · F-1.az
Stella: Las Veqasda işimiz hamıdan çətin olub

Son üç ildə McLaren Las Veqas trasında uğursuz çıxış edib, 2025-ci ildə isə hər iki sürücü finişdən sonra ümumiyyətlə diskvalifikasiya olunub. Komandanın rəhbəri Andrea Stella ümid edir ki, bu həftəsonu hər şey fərqli olacaq, hərçənd o, şəhər trasın uzun düzlüyündə MCL40-ın problemlərlə üzləşəcəyini də etiraf edir.