Deputat: "Qarabağın iqtisadiyyatı son 5 ildə 4 dəfə böyüyüb"

İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 20° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Deputat: "Qarabağın iqtisadiyyatı son 5 ildə 4 dəfə böyüyüb" Maliyyə 23 oktyabr, 2026 11:37 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
2020-2025-ci illərdə Qarabağ iqtisadi rayonunda ümumi daxili məhsul istehsalı (ÜDM) təxminən 4 dəfə artıb.
"Report" un məlumatına görə, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2020-ci ildə Qarabağ iqtisadi rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi dəyəri 1 milyard 548 milyon manat olduğu halda, 2025-ci ildə 6 milyard manata çatıb. Qarabağ iqtisadi rayonuna yalnız işğaldan azad edilmiş ərazilər daxil deyil. Bununla belə, həmin ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, iqtisadiyyatın inkişafı iqtisadi rayon üzrə məhsul istehsalına birbaşa təsir göstərir.
Deputat qeyd edib ki, 2025-ci ildə Ağdam rayonunda sənaye məhsullarının dəyəri 1 milyard 2 milyon manat təşkil edib: "Bu, əvvəlki illə müqayisədə 17,4 dəfə çoxdur. Kənd təsərrüfatında isə ikiqat artım qeydə alınıb.
Qarabağda istehsal olunan müxtəlif sənaye və qeyri-sənaye məhsulları Gürcüstan, Moldova, Özbəkistan, Qazaxıstan və Rusiya da daxil olmaqla, daha geniş coğrafiyaya ixrac edilir. Zəfərdən sonra ötən qısa müddət ərzində, xüsusilə bərpa və yenidənqurma işləri hesabına Qarabağda tikinti sektorunda 10 dəfədən çox artım qeydə alınıb".
V.Bayramov vurğulayıb ki, Qubadlının daxil olduğu, Şərqi Zəngəzur iqtisadi rayonunda da iqtisadi inkişaf sürətlənib: "Zəfərdən sonra Şərqi Zəngəzurun iqtisadiyyatı 30 dəfədən çox böyüyərək 4 milyard manata çatıb. 2020-ci ildə bu iqtisadi rayonda cəmi 134 milyon manatlıq məhsul istehsal olunurdusa, hazırda göstərici 4 milyard manata yüksəlib. Bütün bunlar Azərbaycanın iqtisadi potensialını və işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyasını əks etdirir. Qarabağda bərpa və yenidənqurma işlərinin genişlənməsi, istehsalın və ixracın artması regionun ölkə iqtisadiyyatının mühüm hərəkətverici qüvvələrindən birinə çevrildiyini göstərir".
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Kənan Sadıqov Sosial şəbəkələrdə paylaşın Скопировано Вугар Байрамов: За последние 6 лет ВВП Карабахского региона вырос в 4 раза --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 20° C Son xəbərlər 12:43 Milanda gənclərin etirazları səbəbindən təhlükəsizlik tədbirləri gücləndiriləcək Digər ölkələr 12:43 Foto Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb - Yenilənib Qarabağ 12:38 Foto İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib Mədəniyyət siyasəti 12:37 Səməd Bəşirli: "Azərbaycan son 6 ildə 49 milyard dollar xarici investisiya cəlb edib" İqtisadiyyat 12:37 XİN-də Azərbaycan-Hindistan münasibətlərinin gündəliyi müzakirə edilib Xarici siyasət 12:35 Şahin Diniyev: "Sabah"ı indiki formasına görə "Qarabağ"dan bir pillə öndə görürəm" Futbol 12:34 Milli Məclisdə "Hərbi xidmət haqqında" yeni qanun layihəsinin hazırlanması təklif olunub Milli Məclis 12:33 MM elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddətinin azaldılmasını I oxunuşda qəbul edib Milli Məclis 12:33 İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib Daxili siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.