Formula 1 · F-1.az
Norris: Bolidimizi idarə etmək həddindən artıq çətindir

Ostində McLaren sürücüləri arasında ən yaxşı nəticəni Lando Norris göstərib, lakin o, yalnız beşinci yeri tutub ki, bu da təbii ki, hazırkı dünya çempionunu qane edə bilməz. Şəxsi hesabda o, altıncı yerdədir, baxmayaraq ki, ilk beşliyi tamamlayan Şarl Leklerdən elə də çox geri qalmır. Meksikada ondan soruşublar ki, yaxın zamanda yenidən qələbələr uğrunda mübarizə aparacağına ümid varmı.