Döyüş İdmanı · APA Sport
Sabir Zeynalov Muju Qran-prisinin qalibi olub

Cənubi Koreyanın Muju şəhərində parataekvondo üzrə ən reytinqli idmançıların mübarizə apardığı Qran-pri keçirilib.
Apasport.az xəbər verir ki, K44 kateqoriyasında 58 kq çəki dərəcəsində çıxış edən parataekvondoçu Sabir Zeynalov 1/4 finalda yaponiyalı Mitsuya Tanakanı, yarımfinalda tayvanlı Xianq Veni məğlub edib.
Finalda isə braziliyalı Gustavo Ruppeli üstələyərək turnirin qızıl medalını qazanıb.