ABŞ tarixində üçüncü dəfə Amerika Kubokuna ev sahibliyi edəcək

İlham Əliyev UEFA Çempionlar Liqası Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi Bakı 11° C USD - 1.700 EUR - 1.861 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev UEFA Çempionlar Liqası Azərbaycanla Ermənistan arasında sülh prosesi 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Digər Mədəniyyət Dünya Analitika Multimedia LongRead ABŞ tarixində üçüncü dəfə Amerika Kubokuna ev sahibliyi edəcək Futbol 24 noyabr, 2026 21:50 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
CONMEBOL və CONCACAF 2028-ci ildə keçiriləcək Amerika Kubokunun (Copa América) ABŞ-də təşkil olunacağını rəsmən təsdiqləyib.
"Report" xəbər verir ki, 49-cu dəfə keçiriləcək turnir 2028-ci il iyunun 9-dan iyulun 9-dək davam edəcək.
Bununla da ABŞ tarixində üçüncü dəfə Amerika Kubokuna ev sahibliyi edəcək. Ölkə daha əvvəl 2016 və 2024-cü illərdə də turniri qəbul edib.
Yarışın formatı əvvəlki kimi qalacaq. Turnirdə 16 milli komanda mübarizə aparacaq. Onlardan 10-u CONMEBOL-u, 6-sı isə CONCACAF-ı təmsil edəcək. Cənubi Amerika yığmaları final mərhələsinə birbaşa vəsiqə qazanacaq. CONCACAF zonasından iştirak edəcək 6 komandanın adı isə 2027-ci ildə keçiriləcək Qızıl Kubokun (Gold Cup) nəticələrinə əsasən müəyyənləşəcək. Həmin turnirin iyunun 17-dən iyulun 11-dək təşkili planlaşdırılır.
Amerika Kubokunun keçiriləcəyi şəhərlər, stadionlar və oyunların təqvimi barədə məlumatın növbəti mərhələdə açıqlanacağı bildirilib.
ABŞ-nin ev sahibi seçilməsində kommersiya maraqlarının əsas amillərdən biri olduğu qeyd edilir. 2024-cü ildə ölkədə təşkil olunan Amerika Kubokunun oyunlarını stadionlardan ümumilikdə 1,5 milyondan çox azarkeş izləyib. Bu göstərici Şimali Amerika bazarında böyük futbol turnirlərinə olan marağın yüksəkliyini nümayiş etdirib.
Beləliklə, 2028-ci il Amerika Kuboku ardıcıl ikinci dəfə Cənubi Amerikadan kənarda keçiriləcək. Qitədə təşkil olunan son turnir 2021-ci ildə Braziliyada baş tutub.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.861 TRY - 0.034 GEL - 0.657 RUB - 0.021 UAH - 0.038 Bakı 11° C Son xəbərlər 12:37 İlham Əliyev: Litva ilə münasibətlər Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı üçün əlverişli mühit yaradır Xarici siyasət 12:35 Kestutis Budris: Litva Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına dəstəyini davam etdirəcək Xarici siyasət 12:33 Elnur Məmmədov Avstraliya Nümayəndələr Palatasının spikeri ilə görüşüb Xarici siyasət 12:32 Foto İtkin düşmüş şəxslərin identifikasiyası üzrə təlim keçirilib Hadisə 12:30 Foto AMB-nin institusional potensialının gücləndirilməsi müzakirə olunub Maliyyə 12:29 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb İnfrastruktur 12:27 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Hadisə 12:24 İlham Əliyev: Son bir il ərzində Azərbaycan ərazisindən Ermənistana 100 min tondan artıq yük daşınıb Xarici siyasət 12:22 Foto Özbəkistan parlamentinin sədri Zəfər parkını və Heydər Əliyevin məzarını ziyarət edib - Əlavə olunub Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat Cəmiyyət Müsahibə İdman Mədəniyyət Dünya Analitika Multimedia LongRead Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.