İdman24
Digər · APA Sport

“Le Klassika”da parislilər sevindi

Fransa Liqa 1-də V tur davam edir.

Apasport.az xəbər verir ki, növbəti oyun günündə "Le Klassika" derbisi baş tutub.

"Marsel" PSJ-ni qəbul edib. Görüşdə hesab ikinci yarıda açılıb. Ferran Torres fərqlənib.

Meydan sahiblərinin buna cavabı gecikməyib. Anxel Qomes hesabı bərabərləşdirib. Buna baxmayaraq Markinyoş qonaqlara qələbə qazandırmağı bacarıb - 2:1.

Qeyd edək ki, PSJ 8 xalla 6-cı, "Marsel" üç xalla 17-ci pillədə qərarlaşıb.

Orijinal mənbə

İdman24 əsas səhifə