İdman24
Digər · Report İdman

Rəşad Rəsullu: "Dünya çempionatına ev sahibliyi etməkdən qürur duyuruq"

İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) Bakı 16° C USD - 1.700 EUR - 1.913 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Rəşad Rəsullu: "Dünya çempionatına ev sahibliyi etməkdən qürur duyuruq" Fərdi 03 oktyabr, 2026 14:17 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Qarşıdakı günlərdə Bakı beynəlxalq cüdo təqviminin ən mühüm yarışlarından birində dünyanın aparıcı idmançılarını bir araya gətirəcək.

"Report" un məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.

ACF rəsmisi Bakıda keçiriləcək dünya çempionatının püşkatma mərasimində fikirlərini bölüşüb:

"Dünyanın müxtəlif ölkələrindən olan idmançıların qarşılıqlı hörmət və ədalətli mübarizə prinsipləri əsasında ən yüksək səviyyədə yarışacağı bu mötəbər çempionata ev sahibliyi etməkdən qürur duyuruq".

O, qurum adından Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerə və Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbova dünya çempionatının təşkilinə göstərdikləri dəyərli dəstəyə və verdikləri töhfəyə görə səmimi təşəkkürünü bildirib:

"Eyni zamanda, Beynəlxalq Cüdo Federasiyasına, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə, eləcə də çempionatın hazırlıq və təşkilati prosesində əməyi olan hər kəsə təşəkkür edirəm. Bugünkü püşkatma yarışların başlanmasına doğru son mərhələdir. Bütün idmançılara möhkəm cansağlığı, uğurlu çıxışlar və tatamidə müvəffəqiyyət arzulayıram. Ümid edirik ki, Bakıda keçirdiyiniz vaxtdan və Azərbaycanın qonaqpərvərliyindən xoş təəssüratlarla ayrılacaqsınız. Hər kəsə uğurlu və yaddaqalan dünya çempionatı arzulayıram".

Xatırladaq ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-11-də Milli Gimnastika Arenasında təşkil olunacaq.

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.913 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 16° C Son xəbərlər 15:41 Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH Analitika 15:36 DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var Hadisə 15:32 Azərbaycan banklarının xalis xarici aktivləri 20 %-dən çox artıb Maliyyə 15:24 Orxan Səfərov: "Cüdoçularımız dünya çempionatında yaxşı çıxış edəcəklər" İdman 15:19 Rüstəm Orucov: "Bakıdakı dünya çempionatında iki qızıl medal qazana bilərik" Fərdi 15:18 Buryatiyada insanların həyatına təhlükə yaradan 330-dan çox ayı zərərsizləşdirilib Region 15:10 Azərbaycan manatının dövretmə sürəti 8 ayda azalıb Maliyyə 15:08 Ceyhun Bayramov Əraqçi ilə Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivlərini müzakirə edib Xarici siyasət 15:01 Azərbaycanda həyat sığortası üzrə ödənişlər 33 %-dən çox artıb Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə