Basketbol · APA Sport
"Gəncə"dən yeni transfer

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Gəncə" Əlibəy Məmmədli ilə razılıq əldə edib.
Apasport.az xəbər verir ki, 21 yaşlı basketbolçu ilə qarşıdakı mövsümün sonuna kimi müqavilə bağlanıb.
Ötən mövsümü "Naxçıvan"da kapitan statusunda keçirən 190 sm boya malik müdafiəçi kluba üçün yad sima deyil. Məmmədli 2023-2024-cü illər mövsümündə "Gəncə"nin şərəfini qoruyub.
U-18 və U-20 millilərimizin heyətinə cəlb olunmuş basketbolçu kişilərdən ibarət 3×3 yığmamızın üzvüdür.