Futbol · APA Sport
“Sabah”dan “Bazel”ə - RƏSMİ

“Sabah” Aaron Maluda ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə "bayquşlar"ın mətbuat xidməti məlumat yayıb.
20 yaşlı futbolçu İsveçrənin “Bazel” klubuna transfer olunub.
Maluda ötən ilin sentyabr ayından “Sabah”ın uğurları üçün çalışırdı. O, komandamızın heyətində ümumilikdə keçirdiyi 31 oyunda 9 qola imza atıb.