İdman24
Futbol · Report İdman

"İmişli" Afrikadan dəvət etdiyi futbolçulardan 4-ü ilə müqavilə bağlayıb

İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü Bakı 13° C USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika "İmişli" Afrikadan dəvət etdiyi futbolçulardan 4-ü ilə müqavilə bağlayıb Futbol 06 noyabr, 2026 16:42 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

"İmişli"nin U-19 komandasına Afrikadan dəvət olunan futbolçulardan 4-ü ilə müqavilə bağlanılıb.

Bunu "Report" a açıqlamasında bölgə təmsilçisinin icraçı direktoru Aqşin Mürsəlov deyib.

O, uyğun gələcəyi təqdirdə bu futbolçuların əsas komandaya cəlb olunacağını da vurğulayıb:

"Sınaq məqsədilə komandaya 6 nəfər gəlmişdi. Onlardan 4-ü ilə müqavilə bağladıq. Bir il boyunca U-19 Liqasında çıxış edəcəklər. Ondan sonra əsas komandaya uyğun gələcəkləri təqdirdə peşəkar müqavilə bağlayacağıq. Məqsəd əsas komanda üçün oyunçu yetişdirməklə yanaşı, U-19 Liqasında "Sabah" və "Qarabağ" kimi klublarla mübarizə apara biləcək güclü heyət formalaşdırmaqdır. U-19 millisi üçün namizəd oyunçularımız da kifayət qədərdir. Artıq 4-5 futbolçumuz müvafiq yaş qrupları üzrə yığmalara dəvət alıb. Bununla paralel olaraq komandamıza daha da güç qatmaq üçün bu addımı atmışıq".

Klub rəsmisi komandanın çempionatda uğurlu çıxış etdiyini söyləyib:

"Müntəzəm olaraq menecerlər bizə gənc oyunçular təklif edirlər. Bizim də əsas marağımız gənc futbolçulardır. Bu mövsüm U-19 Liqasında Vüqar Əsgərlinin rəhbərliyi altında uğurla çıxış edirik. B qrupunda liderik və ümid edirik ki, A qrupuna yüksələrək ən yaxşı nəticəni göstərəcəyik. Təkcə bizdə deyil, "Turan Tovuz" və "Qarabağ"da da bu proses var. Böyük məbləğ verib əsas komandaya futbolçu gətirməkdənsə, aşağı məbləğlə akademiyaya cəlb edib, əsas heyətə yüksəltmək daha effektlidir. Klubların yanaşması belədir".

Qeyd edək ki, "İmişli"nin U-19 komandasının heyətinə Qambiyadan Ebrima Camme (18 yaş), Lamin Kante (19 yaş), Nigeriyadan isə Adavale Latef, Bassey Meşak, Abdullatef Apatira və Olayinka Qbolahan (hamısı 18 yaş) dəvət olunmuşdu.

Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 13° C Son xəbərlər 18:36 "Bloomberg": ABŞ və İran münaqişənin dayandırılması ilə bağlı danışıqlarda irəliləyişə yaxındır Digər ölkələr 18:33 Dövlət Komitəsində 8 Noyabr – Zəfər Gününə həsr edilmiş tədbir keçirilib Daxili siyasət 18:23 Qadın voleybolçular arasında Azərbaycan Superliqasına start verilib Komanda 18:19 Foto Rəşad İsmayılov Vətən müharibəsi iştirakçıları ilə görüşüb Daxili siyasət 18:16 İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - Yenilənib Elm və təhsil 18:15 Foto Azərbaycanın atletika nümayəndələri Portuqaliyada keçirilən beynəlxalq konfransda iştirak edirlər Komanda 18:15 Foto Anar Bağırov 8 Noyabr – Zəfər Günü münasibətilə qazi vəkillərlə görüşüb Daxili siyasət 17:57 Prezident: Ermənilər 30 il torpaqları viran qoymuşdu, biz isə cəmi 6 ilə 100 minə yaxın insanı evlərinə qaytarmışıq Daxili siyasət 17:56 Foto Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib İdman Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə