Qranit Caka saxta COVID-19 arayışına görə İsveçrə millisindən uzaqlaşdırılıb

İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi Bakı 27° C USD - 1.700 EUR - 1.951 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Qranit Caka saxta COVID-19 arayışına görə İsveçrə millisindən uzaqlaşdırılıb Futbol 21 sentyabr, 2026 18:14 İsveçrə millisinin və İngiltərənin "Sanderlend" klubunun futbolçusu Qranit Caka COVID-19 vaksinasiyası ilə bağlı saxta arayışdan istifadə etdiyini etiraf etdikdən sonra milli komandadan kənarlaşdırılıb.
"Report" xəbər verir ki, bu barədə İsveçrə Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.
33 yaşlı yarımmüdafiəçi həmin vaxt COVID-19 vaksinasiyası ilə bağlı ciddi narahatlıq keçirdiyini, vaksinə inamsızlıq bəslədiyini və qorxu içində olduğunu bildirib. O, saxta arayışla bağlı səhv etdiyini və məsuliyyəti öz üzərinə götürdüyünü qeyd edib.
İsveçrə Futbol İttifaqının prezidenti Peter Knabel bildirib ki, Cakanın məsuliyyəti qəbul etməsi müsbət qarşılanıb. Tərəflərin ortaq qərarına əsasən, futbolçu qarşıdakı oyunlarda milli komandanın heyətində yer almayacaq.
İsveçrə seçməsi Millətlər Liqasında sentyabrın 26-da səfərdə Şimali Makedoniya yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, Caka karyerası ərzində İsveçrənin "Bazel", Almaniyanın "Borussiya" (Münhenqladbax) və "Bayer 04", İngiltərənin "Arsenal" klublarında çıxış edib.
2011-ci ildən İsveçrə millisinin formasını geyinən yarımmüdafiəçi 152 oyunda 18 qol vurub və 14 məhsuldar ötürmə edib.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано Джака исключен из состава сборной Швейцарии за поддельную справку о вакцинации от COVID-19 USD - 1.700 EUR - 1.951 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 27° C Son xəbərlər 20:57 Hakan Fidan Nyu-Yorkda Bakı ilə İrəvan arasında sülh prosesindən söz açıb Region 20:51 Tehranda Fransa səfirliyi ilə əlaqəli müəssisənin bağlanma səbəbi açıqlanıb Region 20:45 ABŞ və Çin ticarət barışığının uzadılmasını müzakirə edəcək Digər ölkələr 20:41 ABŞ kalium gübrələrinin alınmasına dair Belarusla böyük razılaşmanı müzakirə edir Digər ölkələr 20:34 "Racing Bulls" komandası "Formula 1"in Bakı mərhələsi üçün qeyri-adi poster nümayiş etdirib Formula 1 20:26 Foto FHN-də "Sülh Aylığı" çərçivəsində tədbir keçirilib Daxili siyasət 20:24 Maka Boçorişvili: BMT Baş Assambleyası çərçivəsində region üçün vacib məsələləri müzakirə edəcəyik Region 20:15 "Tasnim": Xəzər dənizi ilə bağlı regional fəaliyyət planı hazırlana bilər Region 20:06 "Turan Tovuz" - "Fənərbağça" matçının başlama saatı açıqlanıb, biletlər sabahdan satışa çıxarılacaq Futbol Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.