İdman24
Digər · APA Sport

Yasin Kol və Göktuğ Hazar Erel məhkəməyə göndərildi

Türkiyədə Mərkəzi Hakimlər Komitəsi (MHK) ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan iki hakim məhkəməyə göndərilib.

Apasport.az xəbər verir ki, Super Liqa hakimi Yasin Kol və Super Liqada köməkçi hakim kimi çalışan Göktuğ Hazar Erelin polis bölməsindəki prosedurları başa çatıb.

Bundan sonra hər iki şəxs məhkəməyə göndərilib.

Hakimlər prokurorluqda dindiriləndən sonra barələrində qərar veriləcək.

Qeyd edək ki, MHK ilə bağlı istintaq çərçivəsində daha əvvəl qurumun sədri Ferhat Gündoğdu da daxil olmaqla bir sıra şəxslər saxlanılıb.

Saxlanılanlardan 5-i barəsində həbs qərarı verilib.

Orijinal mənbə

İdman24 əsas səhifə