Avropa çempionatı: Azərbaycanın daha üç boksçusu 1/4 finala, ikisi yarımfinala vəsiqə qazanıb

İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı Bakı 21° C USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Avropa çempionatı: Azərbaycanın daha üç boksçusu 1/4 finala, ikisi yarımfinala vəsiqə qazanıb Fərdi 08 oktyabr, 2026 11:02 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Monteneqronun Budva şəhərində keçirilən U-17 Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha üç boksçusu 1/4 finala, ikisi isə yarımfinala vəsiqə qazanıb.
Bu barədə "Report" a Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Nihad Məmmədli (48 kq) 1/8 finalda Filip Borkovski (Polşa) ilə döyüşüb. Görüş boksçumuzun 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. O, növbəti qarşılaşmasında Akmal Dustiyevlə (Rusiya) münasibətinə aydınlıq gətirəcək.
İsmayıl Nəsirzadə (52 kq) də rinqdən qalib ayrılıb. Təmsilçimiz Vakaris Kiseliunası (Litva) 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə məğlub edib. Nəsirzadə 1/4 finalda Qleb Qrinblatı (İsrail) sınağa çəkəcək.
Məhəmmədəli İstamov (57 kq) Martin Donovandan (İrlandiya) güclü olub. Boksçumuz rəqibinə ikinci raundda tam üstünlüklə qalib gəlib. O, yarımfinala gedən yolda Eleftherios Zurnatsislə (Yunanıstan) döyüşəcək.
Səma Abbasova (66 kq) 1/4 finalda Aleksandra Kerdolla (İsrail) qüvvəsini sınayıb. Boksçumuz döyüşün taleyini ikinci raundda həll edib. Tam üstünlüklə qələbə qazanan milli üzvü yarımfinalda İustina Anufriyeva (Rusiya) ilə üz-üzə gələcək.
Xumar Cəfərli (+80 kq) isə Aleksandra Liteanunu (Rumıniya) yarışdan kənarlaşdırıb. O, 5:0 (30:26, 30:26, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Avropa çempionu yarımfinala gedən yolda Sofiya Opalyuxla (Ukrayna) görüşəcək.
Yarımfinala yüksələn boksçularımız özləri üçün azı bürünc medalı təmin ediblər.
Beləliklə, 1/4 final vəsiqə qazanan milli üzvlərinin sayı 11-ə yüksəlib.
Qeyd edək ki, 1/4 final döyüşləri bu gün, yarımfinallar oktyabrın 9-da baş tutacaq.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Kənan Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 11:51 Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb Xarici siyasət 11:47 Foto Video İstanbulda çökən binanın dağıntıları altından bir nəfərin meyiti çıxarılıb - YENİLƏNİB Region 11:46 Şlapaçenko: BMT Qarabağda Azərbaycan hökuməti ilə strateji dialoq keçirəcək Xarici siyasət 11:42 Berdiməhəmmədov: Türkmənistan Azərbaycanda görüşün hazırlanmasına köməklik göstərəcək Xarici siyasət 11:40 Banqladeşli səyyah: Qarabağda bərpa işlərinin tempini və miqyasını görmək xoşdur Qarabağ 11:40 Berdiməhəmmədov: Mərkəzi Asiya və Azərbaycan formatı iqtisadi və texnoloji inkişaf üçün ilkin şərtlər yaradır Xarici siyasət 11:39 Foto "Azərkosmos" və Beynəlxalq Kosmik Hüquq İnstitutu əməkdaşlıq memorandumu imzalayıb İKT 11:38 Foto Jurnalistlər AFFA tərəfindən yeni inşa olunan Hövsan Yarış Kompleksi ilə tanış olublar Futbol 11:37 Mirziyoyev: Azərbaycanın sədrliyi ilə C6 formatı yeni impuls qazanacaq Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.