İdman24
Futbol · Report İdman

Prezidentin xüsusi nümayəndəsi Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib

İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri Bakı 24° C USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Prezidentin xüsusi nümayəndəsi Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib Xarici siyasət 19 sentyabr, 2026 13:25 Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Rumıniya Prezidentinin administrasiya, idarəetmə siyasəti və vətəndaş cəmiyyəti üzrə müşaviri Boqdan-Florin Kristea tərəfindən qəbul olunub.

"Report" xəbər verir ki, görüş zamanı Rumıniya-Azərbaycan münasibətləri, Azərbaycanın, xüsusən Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulması və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Elçin Yusubov işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan bərpa və quruculuq işləri, "Böyük Qayıdış" prosesi, xarici investorlar üçün yaradılan əlverişli şərait barədə qarşı tərəfə geniş məlumat verib.

Boqdan-Florin Kristea Rumıniya və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı məqsədilə regionlar və şəhərlər arasında əməkdaşlıq əlaqələrinin qurulması prosesinə əlindən gələn dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Həmçinin Elçin Yusubovun Alba-Yuliya şəhərinin meri Qabriel-Kodru Pleşa ilə görüşü keçirilib. Görüşdə iqtisadi əməkdaşlıq imkanları, işgüzar əlaqələrin qurulmasına dəstək və qarşılıqlı faydalı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, qarşılıqlı səfərlərin həyata keçirilməsi müzakirə olunub. Eyni zamanda, tərəflər arasında turizm sahəsində əməkdaşlığın potensialına, mədəni və tarixi abidələrin təbliğinə xüsusi diqqət yetirilib.

Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Sevil Seymur Sosial şəbəkələrdə paylaşın Скопировано Foto В Румынии выразили готовность развивать межрегиональное сотрудничество с Азербайджаном USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 24° C Son xəbərlər 14:09 "Formula-1 Azərbaycan Qran-Prisi" ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir İnfrastruktur 14:04 Prezident futbolçu İsgəndər Cavadovu fəxri diplomla təltif edib Daxili siyasət 14:02 İlham Əliyev neft sənayesi işçilərini təltif edib Energetika 13:49 Qarabağda antiterror əməliyyatı dövlətçilik tarixinin mühüm hadisələrindən biri kimi yaddaşlara həkk olunub - RƏY Daxili siyasət 13:44 Azərbaycanın U-21 millisinin heyəti açıqlanıb, siyahıda Nəriman Axundzadə də yer alıb Futbol 13:42 İrakli Kobaxidze: Gürcüstanda 1600 məcburi köçkün ailəsinə yeni mənzillər verilib Region 13:33 "Barselona" və "Real Madrid" Qabrielin transferi ilə bağlı danışıqlara başlayıblar Futbol 13:28 İstanbulda evdən 297 kiloqram narkotik aşkarlanıb Region 13:25 Foto Prezidentin xüsusi nümayəndəsi Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə