İdman24
Voleybol · APA Sport

Millimizin Avropa çempionatındakı oyunlarının proqramı açıqlanıb

Qadın voleybolçular arasında Avropa çempionatının (CEV EuroVolley 2026 Women) Bakıda keçiriləcək C qrupunun oyunlarının proqramı açıqlanıb.

Apasport.az xəbər verir ki, qarşılaşmalar avqustun 21-dən 28-dək Milli Gimnastika Arenasında təşkil olunacaq.

Azərbaycan millisi qrup mərhələsində ilk oyununu avqustun 21-də Portuqaliyaya qarşı keçirəcək.

Yığmamız daha sonra İspaniya, Rumıniya, Belçika və Niderlandla üz-üzə gələcək.

Qadın voleybolçular arasında Avropa çempionatı

Orijinal mənbə

İdman24 əsas səhifə