İdman24
Digər · APA Sport

Yığmamızdan 4 medal

Yeniyetmə oğlan cüdoçulardan ibarət Azərbaycan millisi Türkiyənin Ordu şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib.

Apasport.az xəbər verir ki, yarışda dörd idmançı ilə təmsil olunan yığmanın bütün üzvləri medal qazanıblar.

Qərib Atababayev (55 kq), Raul Məlikzadə (60 kq) və Nihad Məlikli (+90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl mükafata sahib olublar. Muhəmməd Səttarov (60 kq) isə turniri bürünc medalla başa vurub.

Millinin məşqçisi Orxan Səfərovun rəhbərliyi ilə yarışa qatılan yığma yekunda 3 qızıl və 1 bürünc olmaqla 4 mükafat qazanıb.

Orijinal mənbə

İdman24 əsas səhifə