İdman24
Digər · APA Sport

“Fənərbaxça”da ilk ayrılıq: Mimoviç yola salınır

“Fənərbaxça” rəhbərliyi qış transfer pəncərəsi üçün hazırlıqlara başlayıb.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisindən göndərilməsi gündəmdə olan ilk futbolçunun adı bəlli olub.

“Sarı-lacivərdlilər”in qışda, ilk növbədə, yarımmüdafiə xəttini gücləndirəcəyi gözlənilir. Komandanı tərk edə biləcək ilk futbolçu isə serbiyalı sağ cinah müdafiəçisi Onyen Mimoviçdir.

Qeyd edək ki, 22 yaşlı futbolçu Ali Koçun prezidentliyi dövründə “Srvena Zvezda”dan 6,7 milyon avroya transfer olunub. Daha sonra o, icarə əsasında “Zenit” və “Pafos” klublarında çıxış edib.

Mimoviç bu mövsüm “Fənərbaxça”nın heyətində olsa da, hələ rəsmi oyunlarda meydana çıxmayıb.

Orijinal mənbə

İdman24 əsas səhifə