İdman24
Futbol · Report İdman

Karik "Mançester Yunayted"in baş məşqçisi vəzifəsindən qovula bilər

İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü Bakı 9° C USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol 8 Noyabr - Zəfər Günü AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Karik "Mançester Yunayted"in baş məşqçisi vəzifəsindən qovula bilər Futbol 10 noyabr, 2026 04:54 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

İngiltərənin "Mançester Yunayted" klubunun rəhbərliyi baş məşqçi Maykl Kerrikin vəzifəsindən uzaqlaşdırılmasına meyillidir.

"Report" xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Bildirilib ki, hələlik yekun qərar qəbul edilməyib.

Nəşrin məlumatına görə, Kerrik istefaya göndəriləcəyi təqdirdə baş məşqçi postuna əsas namizəd "Nyukasl"ın sabiq çalışdırıcısı, ingiltərəli Eddi Hau hesab olunur. ABŞ millisinin hazırkı baş məşqçisi Maurisio Poçettinonun da namizədliyi nəzərdən keçirilir.

"Mançester Yunayted" 10 oyundan sonra 8 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. Komanda növbəti turda noyabrın 22-də səfərdə "Liverpul"la qarşılaşacaq.

Mançester təmsilçisi bazar günü İngiltərə Premyer Liqasının 10-cu turunda "Aston Villa" ilə matçın son dəqiqələrində qol vuraraq məğlubiyyətdən qaçıb.

45 yaşlı Kerrik ötən ilin yanvarında "Mançester Yunayted"in baş məşqçisi təyin olunub. O, daha əvvəl iki dəfə klubun müvəqqəti baş məşqçisi vəzifəsini icra edib. 2018-ci ildə Joze Mourinyonun, 2021-ci ildə isə çalışdığı məşqçilər korpusunun rəhbəri Ule-Qunnar Sulşerin istefasından sonra komandaya rəhbərlik edib.

2022–2025-ci illərdə "Midlsbro"nun baş məşqçisi olan Kerrik futbolçu kimi "Mançester Yunayted"in heyətində beş dəfə İngiltərə çempionu olub. O, həmçinin UEFA Çempionlar Liqasını, Avropa Liqasını və klublararası dünya çempionatını qazanıb

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Sosial şəbəkələrdə paylaşın Kopyalandı Каррика могут уволить с поста главного тренера "Манчестер Юнайтед" --> --> --> --> --> USD - 1.700 EUR - 1.904 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 9° C Son xəbərlər 06:27 Politico: ABŞ Rusiyaya Ukraynaya NATO modelində təhlükəsizlik zəmanətləri verməyi təklif edib Digər ölkələr 05:56 Alimlər infarktdan sonra ürək toxumasını bərpa edəcək terapiya hazırlayıblar Sağlamlıq 05:25 ABŞ-yə Rusiya dizeli daşıyan tankerlər marşrutlarını dəyişiblər Digər ölkələr 04:54 Karik "Mançester Yunayted"in baş məşqçisi vəzifəsindən qovula bilər Futbol 04:15 ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır Digər ölkələr 03:41 Britaniyalı yazıçı 81 yaşında Buker mükafatına layiq görülüb Digər ölkələr 03:23 UFC rəhbəri Trampın mətbuat katibi olmaq təklifini rədd edib Digər ölkələr 02:40 İran ABŞ-ı danışıqlarla bağlı saxta xəbərlər yaymaqda ittiham edib Region 02:26 KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə