İdman24
Digər · APA Sport

Gəncə derbisində qalib müəyyənləşmədi

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən yararlanan “Kəpəz” yoxlama matçı keçirib.

Apasport.az xəbər verir ki, Azər Məmmədovun rəhbərlik etdiyi kollektiv I Liqa təmsilçisi “Gəncəbasar”la qarşılaşıb.

Gəncə təmsilçilərinin duelində qalib müəyyənləşməyib – 1:1.

“Kəpəz”in heyətində Kennet Kalunqa fərqlənib. “Gəncəbasar”ın yeganə qoluna isə İlham Hüseynov imza atıb.

Orijinal mənbə

İdman24 əsas səhifə