İdman24
Digər · APA Sport

İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı

Türkiyə Superliqasının IV turunda keçiriləcək “Fənərbaxça” – “Beşiktaş” derbisinin hakimləri müəyyənləşib.

Apasport.az xəbər verir ki, İstanbul derbisini Halil Umut Meler idarə edəcək. Ona İbrahim Çağlar və Abdullah Bora Özkara kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi Batuhan Kolak olacaq.

Halil Umut Meler 2026-cı ildə ilk dəfə derbi matçında fit çalacaq.

Qeyd edək ki, “Fənərbaxça” – “Beşiktaş” qarşılaşması sentyabrın 5-də, şənbə günü saat 20:00-da “Chobani” stadionunda keçiriləcək.

Orijinal mənbə

İdman24 əsas səhifə