Sabahdan Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır

İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası Bakı 23° C USD - 1.700 EUR - 1.899 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Sabahdan Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır İnfrastruktur 13 oktyabr, 2026 13:49 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı şəhərinin və Abşeron yarımadasının içməli su təminatının yaxşılaşdırılması istiqamətində 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının tikintisi layihəsi üzrə Novxanı-Pirşağı istiqamətində sabahdan etibarən diametri 1000 və 1400 millimetrlik kanalizasiya kollektorunun tikintisinə başlanılır.
"Report" bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC-yə istinadən xəbər verir.
Bildirilib ki, layihə nəticəsində qurulacaq ümumi uzunluğu 32 kilometr olan kollektorun və yeni nasos stansiyasının inşası ilə Bilgəh, Nardaran, Pirşağı, Novxanı, Goradil, Fatmayı, Saray, Zabrat, Balaxanı, Məhəmmədi, Sovxoz, Fatmayı və Kürdəxanı qəsəbələrində tullantı sularının idarə edilməsinə imkan yaranacaq. Eyni zamanda hövzə daxilində yerləşən qəsəbələrdə yağış sularının toplanması hallarının qarşısı alınacaq, Kürdəxanı, Zabrat göllərində və sahil boyu zonada ekoloji tarazlıq bərpa olunacaq.
Həmçinin bu layihədən əlavə hazırda Bakı şəhəri və Abşeron rayonu üzrə bir sıra genişmiyqaslı işlər icra olunur. Xidmətin mərkəzləşmiş su və kanalizasiya şəbəkəsi olmayan ərazilərdə infrastruktur qurulması məqsədilə bir sıra layihələr hazırlanıb və tikinti quruculuq işləri aparılır. Dərnəgül-Bakıxanov-Qaraçuxur-Hövsan kanalizasiya kollektoru, Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Sahil kollektoru, Böyükşor hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun və tullantı sular üçün sutəmizləyici qurğunun, Zığ-Hövsan kanalizasiya kollektorunun qurulması istiqamətində tikinti-quruculuq işləri mərhələli şəkildə icra olunur.
Bu layihələrin icrası tullantı sularının daha səmərəli və müasir standartlara uyğun idarə olunmasına, ətraf mühitin mühafizəsinə və güclü yağıntılar zamanı yarana biləcək fəsadların qarşısının alınmasına mühüm töhfə verəcək.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Sənan Ağamalızadə Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.899 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 23° C Son xəbərlər 15:36 Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib Hadisə 15:36 Azərbaycan klubları Çexiya təmsilçiləri ilə əvvəlki 12 oyunda qələbə qazana bilməyib Futbol 15:28 BQXK: Yaxın Şərqdə gərginlik on milyonlarla insan üçün fəlakətli nəticələrə gətirib çıxara bilər Digər ölkələr 15:27 ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkün olub Daxili siyasət 15:25 Aİ İtaliyaya SAFE proqramı çərçivəsində 8 milyard avrodan çox kredit ayırıb Digər ölkələr 15:22 Naxçıvanda orta aylıq nominal əməkhaqqı 6 % artıb Maliyyə 15:17 Naxçıvanda bank əmanətləri 46 % artıb Maliyyə 15:16 Nürnberq aeroportu fəaliyyətini dayandırıb Digər ölkələr 15:15 Azərbaycanda kriptoaktivlər sahəsində qanunvericiliyə dəyişikliklər gözlənilir Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.