İdman24
Digər · APA Sport

Lemina ilə razılıq əldə olundu – "Qalatasaray" müqaviləni uzadır

"Qalatasaray" Mario Leminanın müqaviləsini uzatmağa hazırlaşır.

Apasport.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, İstanbul təmsilçisi qabonlu yarımmüdafiəçi ilə 1+1 illik yeni müqavilə imzalamaq barədə razılığa gəlib.

Tərəflər daha əvvəl yeni sözləşmə ilə bağlı danışıqlarda ortaq məxrəcə gələ bilməsələr də, son görüşlərdən sonra razılıq əldə olunub.

Qeyd edək ki, 32 yaşlı Mario Lemina 2025-ci ilin fevralında "Qalatasaray"a qayıdıb.

O, ötən mövsüm bütün turnirlərdə 41 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Orijinal mənbə

İdman24 əsas səhifə