İdman24
Digər · APA Sport

Dünya çempionu daha 4 il “McLaren”də

Formula-1 üzrə dünya çempionu Lando Norris “McLaren”lə yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, 26 yaşlı britaniyalı pilot Uokinq təmsilçisi ilə əməkdaşlığını ən azı 2030-cu ilin sonunadək davam etdirəcək.

Razılaşmada müqavilənin müddətini daha bir neçə il uzatmağa imkan verən bəndin yer aldığı bildirilib.

Qeyd edək ki, Norris 2019-cu ildən “McLaren”in əsas pilotudur. O, ötən mövsüm karyerasında ilk dəfə Formula-1 üzrə dünya çempionu titulunu qazanıb.

Orijinal mənbə

İdman24 əsas səhifə