“Qalatasaray”a Leaodan pis xəbər: Mövsümün ilk yarısını başa vurdu

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Rafael Leaonun zədəsinin gözləniləndən ciddi olduğu bildirilir.
Apasport.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Uğur Karakullukçu məlumat yayıb.
Onun sözlərinə görə, portuqaliyalı hücumçu mövsümün ilk yarısının qalan hissəsində komandasına kömək edə bilməyəcək.
“Leaonun vəziyyəti düşünüldüyündən daha ciddidir. O, mövsümün ilk yarısını başa vurub”, – deyə jurnalist bildirib.
“Qalatasaray”ın əvvəlki açıqlamasına əsasən, futbolçunun sağ budunun arxa əzələ qrupunda ciddi dartılma və qanaxma aşkarlanıb.
Bundan başqa, İstanbul təmsilçisi Leaonun müalicəsini davam etdirmək üçün Qətərin paytaxtı Dohadakı “Aspetar” klinikasına göndərildiyini açıqlayıb. Futbolçunun orada klub fizioterapevtinin nəzarəti altında 10 günlük bərpa proqramı keçməsi nəzərdə tutulub.
Qeyd edək ki, Rafael Leao noyabrın 7-də Türkiyə Superliqasında “Amedspor”la keçirilən qarşılaşmada zədələnib.