İdman24
Futbol · Report İdman

FHN Azərbaycanda sabahdan başlayacaq qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 Bakı 19° C USD - 1.700 EUR - 1.881 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib Daxili siyasət 14 noyabr, 2026 10:59 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Fövqəladə Hallar Nazirliyi (FHN) noyabrın 15-də gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Nazirlikdən "Report" a verilən məlumata görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakı və Abşeron yarımadasında qeyri-sabit hava şəraiti müşahidə olunacaq.

Proqnoza əsasən, güclü külək əsəcək, bəzi yerlərdə intensiv yağış yağacaq, ayrı-ayrı dağ çaylarından qısamüddətli sel və daşqın keçəcək, şimşək çaxacaq.

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə bir sıra təhlükəsizlik qaydalarını xatırladıb.

Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəklərinin və naqillərinin, eləcə də hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Küləkli havada yanğın təhlükəsizliyi qaydalarına da xüsusi diqqət yetirilməlidir. Kiçikhəcmli gəmi istifadəçilərinə isə belə hava şəraitində dənizə çıxmağın qadağan olduğu xatırladılıb.

İntensiv yağışlarla əlaqədar çaylarda yarana biləcək sel və daşqınlardan, həmçinin subasmadan qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq tövsiyə edilir. Belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə əməl etmək lazımdır.

Nazirlik ildırım təhlükəsinə qarşı da əhaliyə xəbərdarlıq edib. İldırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada elektrik xətlərindən, ildırımötürücülərdən, navalçalardan və antenalardan uzaq durmaq, hündür ağacların altında daldalanmamaq tövsiyə olunur.

Avtomobildə olan şəxslərə isə hərəkəti dayandırmaq, şüşələri qaldırmaq və ildırım təhlükəsi sovuşanadək gözləmək məsləhət görülür.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Sevil Seymur Sosial şəbəkələrdə paylaşın Kopyalandı МЧС обратилось к населению в связи с ожидаемой непогодой --> --> --> --> --> USD - 1.700 EUR - 1.881 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.037 Bakı 19° C Son xəbərlər 17:27 Böyük Britaniya ilə strateji tərəfdaşlıq Azərbaycanın dayanıqlı inkişafına xidmət edəcək - Rəy Daxili siyasət 17:25 Hesablama Palatası: Özəlləşdirmə üzrə borc qalıqları büdcə üçün əlavə vəsait potensialı yaradır Maliyyə 17:22 İoannis Diamantakos: "İrlandiyaya qarşı oyunda müdafiədə çox zəif çıxış etdik" Komanda 17:19 SOCAR-ın Türkiyədəki zavodu sentyabrda aviayanacaq istehsalının həcmini açıqlayıb Energetika 17:17 Foto Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək ASK 17:07 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib İnfrastruktur 16:51 Foto Zaur Mikayılov Naxçıvanda su layihələrinin icrası ilə tanış olub İnfrastruktur 16:45 Foto Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb Fərdi 16:40 Belqrad-Budapeşt dəmir yolunda sərnişindaşımanın başlanılması təxirə salınıb Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə